İranda 1 gündə 99 nəfər xəsarət aldı – yağıntılara görə





Ötən 1 sutka ərzində İranın magistral yollarında 82 yol qəzasında 99 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə İranın Təcili Yardım Təşkilatının ictimai əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, Qəzvində baş verən yol qəzalarında 70 nəfər xəsarət alıb.

Digər xəsarət alanlar isə Xorasan, Mərkəzi və Lorestan vilayətlərində baş verən qəzalarda olub.

Yol qəzalarının səbəbi yağan qar və yolların sürüşkənliyi göstərilir.