İrandan ABŞ-ın sanksiyalarına cavab: deputatlar 220 milyon avroluq proqrama "hə" dedilər




İran ABŞ-ın yeni sanksiyalarına cavab olaraq büdcədn ballistik raket proqramının inkiafına nail olmaq üçün əlavə 220 milyon avro ayıracaq. 

"Sherg.az" "Lemonde.fr"ə istinadən xəbər verir ki, bu barədə "İRNA" agentliyi məlumat yayıb.

Məlumata görə, atıq məlum məsələ bu gün İran parlamentində müzakirə olunub. 244 -deputatdan 240-ı tərəddüdsüz proqramın lehinə səs verib. Parlament üzvü bu prpoqramı həm də ABŞ sanksiyalarına cavabın birinci mərhələsi kimi dəyərləndirib. 

Parlamentin sədri Ali Laricani bu proqramı ABŞ-ın regionda apardığı terrorçu və avanturist siyasətinə cavab kimi qiymətləndirib. İclas deputatların "ABŞ-a ölüm" şüarı ilə yekunlaşıb. 

Tərcümə etdi: Ayyət ƏHMƏD