İraq kürdləri özlərinə problem yaratdı
08:44 26.09.2017
Arxiv
549
Ekspert bildirib ki, heç bir dövlət “Kürdüstan”ın müstəqilliyini tanımayacaq
Dünən Şimali İraq kürd muxtariyyətində qanunsuz referendum keçirilib. Muxtariyyətin lideri Məsud Bərzaninin təşəbbüsü və rəhbərliyi ilə keçirilən müstəqillik referendumuna ABŞ, İran, Türkiyə kimi böyük dövlətlər qarşı olduqları barədə bəyanatlar veriblər. Rəsmi Ankara referendumun nəticələrini tanımayacağını bəyan edib və ordunu Şimali İraqla sərhəddə yığıb.
İraqın mərkəzi hökuməti də Bərzaninin referendumuna qarşı olduğunu bəyan edib. Amma kürd lider dünyanın etirazına rəğmən "müstəqillik” barədə referendum keçirmək qərarını dəyişməyib. İraqın baş naziri Heydər Əl-Abadi separatçı referendumun regionun təhlükəsizliyi üçün ciddi təhdid olduğunu deyib. Referendum qərarına qarşı çıxan Türkiyə və İran İraqla sərhəddə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bununla yanaşı, hər iki ölkə İraqla sərhədi birtərəfli qaydada bağlayıb.
İlk açıqlama: "Müstəqil Kürdüstanın elanı deyil”
Bölgədə krizisə səbəb olan referendumla bağlı danışan Şimali İraq Muxtariyyətinin baş naziri Nəçrivan Bərzani Türkiyənin onları anlamasını gözlədiklərini deyib. Bərzani İraq konstitusiyasına zidd olan referendumun Türkiyəyə təhdid olmadığını söyləyib: "Həqiqətən çətin zamanlarımızda bizə yardım əlini uzadan ölkə Türkiyə olub. Etdiyi yardımlara görə hər zaman Türkiyəyə təşəkkür borcluyuq. Referendum müstəqil Kürdüstanın elanı deyil. Bütün məsələləri rəsmi Bağdadla masada müzakirə edə bilərik”.
"İraq Kürdüstanına sanksiyalar tətbiq oluna bilər”
Türkiyə hakimiyyəti İraq Kürdüstanına qarşı sanksiyalar tətbiq etmə ehtimalını istisna etməyib. Türkiyə baş naziri Binəli Yıldırım deyib ki, kürdlərə təkcə iqtisadi yolla təsir göstərmək fikrində deyillər: "Üç fərqli sahədə, iqtisadi, siyasi və hərbi qərarlar qəbul edəcəyik. İraq Kürdüstanındakı referendum regiondakı mövcud xaos və qeyri-stabilliyi yalnız artıra bilər”. Yıldırım deyib ki, təzyiq metodlarından biri neftinin tranzitinə qadağa ola bilər: "Neft ticarətinə Bağdad nəzarət etməlidir”.
Türkiyə İraqla sərhəddə ciddi nəzarət rejiminə keçdi
İraq Kürd Regional Hökumətinin keçirdiyi müstəqillik referendumuna cavab olaraq Türkiyə Habur sərhəd-keçid məntəqəsində nəzarəti gücləndirib.
Avropa.info xəbər verir ki, Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfəngçi Habur sərhəd-keçid məntəqəsinin birtərəfli olaraq nəqliyyata qapadılması ilə bağlı mətbuatda gedən xəbərlərə münasibət bildirib: "Hazırda bağlanmaq qərarı yoxdur. İraq tərəfdən gələnlər ciddi şəkildə yoxlanılaraq buraxılır”.
Azərbaycan kürdlərin müstəqillik referendumunu tanımır
Yeni Azərbaycan Partiyası referenduma münasibət bildirib. YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, kürdlərin referendumu hüquqi əhəmiyyətə malik deyil:
"İraq Kürdüstanı xaricdən dəstək almasaydı, referendum keçirə bilməzdi. Bu referendumun nə hüquqi, nə də praktiki əhəmiyyəti var”. Deputat hesab edir ki, İraqın mərkəzi hakimiyyətinin razılığı olmasa, hansısa bir region özünün müstəqilliyini elan edə bilməz: "Qonşu ölkələr regionda yeni dövlətin qurulmasına razı deyil. Kürdlərin müstəqil dövlət elan etmək istəyi həm İraq üçün, həm də qonşu dövlətlər üçün böyük təhlükə yaradır”.
Millət vəkili vurğulayıb ki, kürd muxtariyyəti bu addımı ilə özünə böyük problem yaradacaq:
"Kürdlərin muxtariyyətini müdafiə edən qüvvələr onlara açıq dəstək verməyəcək. Bu, siyasi səhvdir. Məlumata görə, Türkiyə və İran aviauçuşları dayandırıb, sərhədləri bağlayıblar. Başqa tədbirlərin görülməsi də gözlənilir. Bu hallar göstərir ki, separatçılıq dünya üçün çox böyük təhlükədir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya