"İraqdakı azərbaycanlılarla milli kökümüz eynidir”

Dilavər Əzimli: "Azərbaycanda 11-ci əsrdən sonra “oğuz” sözünü “türkman” sözü əvəz etdi və bütün bu ərazilərdə yaşayanlar türklərdir"


"Azərbaycanın sərhədləri Kərkükdən başlayaraq, Dərbəndə, Ərzincana qədər uzanır”,

Bunu "Sherg.az”a Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarixçi Dilavər Əzimli deyib. 

O bildirib ki, adıçəkilən ərazilərdə yaşayan insanlar oğuz - türk tayfaları olub:

"Ərəblər gələndən sonra həmin tayfaları "türkman” adlandırdı. İraqda, Kərkürkdə yaşayanlar isə qədim kəngər tayfalarıdır. Bu tayfalar qədim şumerə qədərki dövrdə yaşayan tayfalardır. 

Şumer dilində də bunun sübutu var, kəngər sözünə rast gəlinir. Hətta Naxçıvanda kəngərli soyadları hələ də var. Bu o deməkdir ki, Azərbaycanda 11-ci əsrdən sonra "oğuz” sözünü "türkman” sözü əvəz etdi və bütün bu ərazilərdə yaşayanlar türklərdir. 

Sadəcə olaraq, adımızı sonradan dəyişib azərbaycanlı qoydular. Bu mənada "azərbaycanlı” ifadəsi əslində milləti xarakterizə etmir, coğrafiyanı xarakterizə edir. İraqda yaşayan azərbaycanlılarla milli kökümüz eynidir”.

Aysel Aslan