Ekspert vurğulayıb ki, Frankofoniyadakı vəziyyət Fransa prezidenti Emmanuel Makronla Janın çıxışları arasında konseptual fərqlərdə də özünü göstərib:
"İrəvandakı Frankofoniya sammiti uğursuzluğu ilə yadda qaldı” - Açıqlama
11:32 15.10.2018
Arxiv
659
"İrəvanda keçirilən Frankofoniya sammiti daha çox uğursuzluğu ilə yadda qaldı”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Siyasi şərhçi bildirib ki, beynəlxalq tədbirlər sabitliyə, təhlükəsizliyə, dinc yanaşı yaşamağa və əməkdaşlığa xidmət edirsə, alqışa layiqdir. Ancaq oktyabrın 12-də başa çatan XVII Beynəlxalq Frankofoniya Təşkilatının sammitində bu prinsiplərə əməl edilmədi:
"Ruandanın xarici işlər naziri Luiz Muşikivabo təşkilatın yeni baş katibi seçilib. O, bu postda Mişel Janı əvəz edib. Onun işinə bu cür qiymət vermək olar: - Saxta "erməni soyqırımı”ndan danışdılar, Nikol Paşinyanı təriflədilər, yedilər, içdilər, Azərbaycanın rəqs havalarına qol götürüb oynadılar və dağılışdılar. Çünki bu qurum beynəlxalq səhnədə çox yersiz və ictimai-mədəni yükü olmayan bir təşkilatdır. Qurumun himayədarı və lideri Fransadır. Fransa Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biridir. Odur ki, tədbirdə Dağlıq Qarabağ və soyqırımı məsələləri ilə bağlı deyilən fikirlər regional təhlükəsizlik baxımından maraqlıdır. Təşkilatın keçmiş baş katibi Mişel Janın paylaşdığı fikirlər təşkilatın vəziyyətini göstərir. O, "Twitter” səhifəsində yazıb ki, "təşkilat dəyər və prinsipləri saxtalaşdırdığından artıq ölüyə çevirilib”.
Ekspert vurğulayıb ki, Frankofoniyadakı vəziyyət Fransa prezidenti Emmanuel Makronla Janın çıxışları arasında konseptual fərqlərdə də özünü göstərib: "Jan baş katib vəzifəsinə yenidən seçilmək üçün Fransanın dəstəyini ala bilməyib. Bu, özünü onun Sammitdəki tənqidi çıxşında da biruzə verib: - "Beynəlxalq təşkilatın şəxsi məqsədlərə xidmət etdiyini qəbul etməyə hazırıq. Real politika, dövlətlər arasında xırda anlaşmalar və ya şəxsi maraqlar naminə "demokratiya, hüquqlar və azadlıqlar” kimi anlayışlar yalnız sadə sözlər səviyyəsinə endirilsin..”.
Dezinformasiya və təbliğat üzrə ixtisaslaşmış fransız mediası Janı nüfuzdan salmaq üçün təşkilatın vəsaitələrini şəxsi məqsədlər üçün istifadə etdiyini, yarım milyon avro xərcləyərək iqamətgahını təmir etdirdiyini, xarici səfərlərdə çoxlu pullar xərclədiyini yazıb. Fransa mətbuatının yaydığı məlumata əsasən, o, Parisdə Eyfel qülləsinin yaxınlığında dövlət hesabına çox böyük malikanə tikdirib. Bunun üçün o, dövlət büdcəsindən yarım milyon avro xərcləyib.
Bunlar, təşkilata başçılıq edənlərin, yaxud onları bu vəzifəyə gətirənlərin mənəvi-əxlaqi qabiliyyətini göstərir. Beynəlxalq ictimaiyyət sammit zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə Fransa prezidenti Emannuel Makronla əslən Kanadadan olan Mişel Jan qarşıdurmasının şahidi olub. Qarşıdurma bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü idi”.
Analitikin sözlərinə görə, rəsmi İrəvan bu tədbirdə bir neçə maraq güdür:
"Məqsəd hakimiyyətə gələn yeni siyasi qüvvələrin beynəlxalq nüfuzunu artırmaq, ölkə ictimaiyyətinə dünyada sayıldıqlarını göstərmək, Azərbaycan və Türkiyəyə qarşı çıxışlar edərək özünü yazıq, əzilən kimi təqdim etmək idi. Ancaq baş verənlər onların məqsədlərinə nail olduqlarını deməyə əsas vermir. Təşkilatda heç bir rolu olmayan Ermənistan sadəcə qulluq göstərdi. Bu zaman onlar saxtakarlıqlarından da əl çəkmədilər. Sammit iştirakçıları erməni musiqisi kimi təqdim edilən Azərbaycan havalarına - "Duy-duy”, "Xurcunu”, "Köçəri” və "Basqalı”ya oynadılar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur