İşğaldan azad edilən şəhərlərimizin “Ögey qardaşları” – Qardaşlaşmış şəhərlər
12:03 16.03.2021
Arxiv
877
Los-Anceles Şuşa ilə qardaşlaşmış şəhər münasibətini müvəqqəti olaraq dayandırır.
Bu barədə Ermənistanın “Masis Post” nəşri yazır. Səbəb kimi guya Azərbaycanın Şuşanı işğal etdiyi göstərilir. Bildirilir ki, şəhər “azad olunan”dan və “demokratrik idarəetmə” bərpa edildikdən sonra bu status bərpa ediləcək.
Los-Anceles Şəhər Şurası Şuşanı qondarma DQR-in tərkibində 2012-ci ildə bu şəhərlə qardaş şəhər kimi tanıyıb.
Doğma torpaqlarını işğaldan azad edən Azərbaycanı işğalçı adlandırmaq, onun öz tarixi şəhərini azad etməsini “işğal” kimi ifadə etmək gülünc səslənr.
Bəs, ümumiyyətlə, qardaşlaşmış şəhər anlayışı nədir? Hansı şəhərlərimiz Ermənistanın işğalından sonra başqa dünya dövlətinin şəhərləri ilə qardaşlaşmış statusu alıb?
Qardaşlaşmış şəhərlər coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olub. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanıb.
1942-ci ildə SSRİ-nin Stalinqrad və İngiltərənin Kantri şəhərləri arasında bu cür münasibətlərin əsası qoyulmuşdu.
1957-ci ildən sonra isə şəhərlərin qardaşlaşması rəsmiləşdirilməyə başladı. Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası 1957-ci ildə Fransada yaradıldı.
İndiyədək Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasına 4000-dən artıq şəhər üzv olub.
Avropada bu söz müxtəlif variantlarda səslənir. Adətən ekiz, dostluq və partnyor şəhərlər deyə də adlandırılır. Şimali Amerika, Asiya və Avstraliyada sister cities, yəni bacı şəhərlər, Avropa və Amerikada isə brothers cities, yəni qardaş şəhərlər ifadəsindən də istifadə olunur.
Qardaş şəhər münasibətləri daha az formal olsa da, beynəlxalq səviyyədə əməkdaşlığı inkişaf etdirmək üçün vacib bir yoldur. Bu əlaqələr yenilənmədikcə iki ildən sonra başa çatır.
Qardaşlamış şəhərlər arasında ən çox mədəni əlaqələrin inkişaf etdiyini söyləmək olar. Çünki mədəniyyətin sərhədi və dili yoxdur.
Avropada qardaşlaşmış şəhərlər Avropa Birliyi tərəfindən təmin olunur. Qeyd edək ki, bu təminat sxeminin əsası 1989-cu ildə qoyulub. 2003-cü ildə Avropa İttifaqının illik büdcəsinin 12-milyon avrosu bu sahədə 1300 layihənin reallaşdırılmasına yönəldilmişdi. Beynəlxalq aləmdə aprel ayının sonucu həftəsi qardaşlaşmış şəhərlər günü kimi qeyd olunur.
Dünyaya inteqrasiya yolunu tutmuş Azərbaycan yaxın-uzaq ölkələrlə dostluq və qarşılıqlı faydalı əlaqələrin qurulmasına çalışır. Bu yöndə əməli tədbirlər həyata keçirilir. İstər yüksək siyasi səviyyədə, istərəsə də xalq diplomatiyası səviyyəsində tədbirlər görülür, müxtəlif ölkələrin şəhərləri ilə dostluq əlaqələri qurulur.
Qardaşlaşmış şəhərlər dedikdə böyük və kiçik şəhərlər, hətta coğrafi və siyasi ərazilərdə əyalətlər arasında mədəni – iqtisadi əlaqələrin təmin edilməsi üçün əldə edilmiş müəyyən razılığın daxili və zahiri tərəfləri nəzərdə tutulur.
Bakı ilk dəfə hələ keçmiş SSRİ-nin tərkibində olarkən Afrika dövləti Seneqalın paytaxtı Dakarla qardaşlaşmışdı. 1970-c ildə baş verən həmin hadisənin izləri bu gün də qalmaqdadır. “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən Dakar meydanı bunun sübutudur.
1970-c illərdə Bakı İtaliyanın Neapol (1972-ci il), o vaxtkı Yuqoslaviyanın Sarayevo (1975) şəhərləri ilə də qardaşlaşmaq haqqında müqavilə imzalayıb. Bakıda Neapol və Sarayevo küçələri həmin qardaşlaşmanın bir simvolu olaraq qalmaqdadır.
Sonrakı illərdə İraqın Bəsrə (1972), ABŞ-ın Hyuston (1976) şəhərləri də Bakı ilə qardaş şəhər olublar.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakının dünya şəhərləri ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoydu. Bu illərdə Bakı Rusiyanın Moskva və Sankt-Peterburq, Ukraynanın Kiyev, Səudiyyə Ərəbistanının Ciddə, İranın Təbriz, Fransanın Bordo, Cənubi Afrika Respublikasının Pretoriya, Almaniyanın Maynts, ABŞ-ın Honolulu və Vaşinqton, Türkiyənin İstanbul və İzmir şəhərləri ilə qardaşlaşıb.
Azərbaycanın digər şəhərləri də bir sıra dünya şəhərləri ilə qardaşlaşmış şəhər statusunu daşıyır. Bu şəhərlərə nəzər salaq:
Bu siyahı ildən- ilə artmaqdadır. Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur.
Qondarma DQR-in tərkibində olan zaman Azərbaycan əraziləri ilə qardaşlaşan şəhərlər isə aşağıdakılardır:
Şəfanə İbrahimova, STM əməkdaşı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə