İŞİD Əfqanıstandakı terroru öz üzərinə götürdü






İŞİD terror qruplaşması Əfqanıstanın Cəlalabad şəhərində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb.


Ötən gün Cəlalabadda tibb mərkəzinin qarşısında terrorçu-kamikadze özünü partladıb. Bundan əvvəl partlayış nəticəsində 2 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilirdi.