İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadın... - “Sapı özümüzdən olan baltalar"
16:34 10.11.2017
Arxiv
1214
Fəzail İbrahimli: " Terrorda şübhəli bilinənlər üzərlərində xüsusi işlənmiş insanlardır. Onların əxlaqını, düşüncəsini dəyişdirirlər"
"Məhəmməd Peyğəmbərin xəbəri olmayan cərəyanlar islamı parçalayır"
"Azərbaycanın müstəqilliyinə, bu günkü mövcudluğuna qarşı olan qüvvələr bir neçə cəbhədən hücuma keçiblər”.
Bu barədə "Sherg.az”a İraq ordusunun İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadını saxlamasına münasibət bildirərkən millət vəkili Fəzail İbrahimli bildirib.
Deputatın qənaətincə, dilimizə, dinimizə, əxlaqımıza qarşı çox böyük mübarizə var:
"Bu mübarizə gizlin və ya açıq formada həyata keçirilir. Məsələn, Ermənistan açıq formada düşmənçilik edir, amma digərləri gizli təxribatlar aparır. Bu, islam dünyasının özündən qidalanır. Sifarişçi hansı ölkədir, hansı xristian aləmidir, fərqi yoxdur, işi icra edən "sapı özümüzdən olan baltalardır”.
Terrorda şübhəli bilinənlər üzərlərində xüsusi işlənmiş insanlardır. Onların əxlaqını, düşüncəsini dəyişdirirlər. Burada ilk olaraq psixoloji təsir vasitələri, ikinci isə maddiyyat məsələləri çox güclüdür. Ona görə, məsələ ciddiliyini saxlayır.
Millət, dövlət üçün ən qorxulu hal dini formada edilən təzyiqlərdir. İslam əxlaqı bizim əxlaqımızdır, bununla yaşayırıq. Hətta molla dəfn mərasimində ölünün qulağına nə isə pıçıldayır. Bu, islam qanunlarıdır. Amma təəssüf ki, inandığımız Məhəmməd Peyğəmbərin xəbəri olmayan cərəyanlar islamı parçalayır. Həmin cərəyanlar islamın bel sütununa arxadan vurulmuş qılıncdır.
İŞİD-in arxasında ona qoşulan qadınlar, insanlar durur. Ruhu əlindən alınmış, əxlaqı pozulmuş, millətini, dövlətini unudub, müxtəlif təsirlərlə bu işə qoşulurlar. Çox ciddi məsələdir. Aidiyyəti qurumlar kifayət qədər diqqətli olmalıdırlar. Gözümüzün qabağında dolaşan qara geyimli insanlar araşdırılmalıdır.
İnam insanın əxlaqı, varlığıdır. Allahsız insanlar çox qorxuludur. Amma nəyə inam, nəyə itaət olunur ? Bax, bu, aydınlaşdırılmalıdır. Ona görə, həmin qadınlar doğrudan da Azərbaycanın adını korlayıbsa, ilk növbədə allahın qarşısında günahkardır. İŞİD nə ilə mübarizə aparır, nə uğrunda mübarizə aparır? Bu gün Azərbaycanın işğal edilmiş torpaqlarını azad etmək məsələsi vacib olmalıdır. İŞİD isə sadəcə ərəb ölkələrini işğal etmək üçün yaradılmış siyasi vasitədir”.
Qeyd edək ki, Azərbaycan XİN xarici KİV-lərdə İraq hərbçilərinin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadının saxlanılmasına dair yayılan xəbərə münasibət bildirib. XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu kimi məlumatların yeni olmadığını və araşdırıldığını söyləyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi