"İşıq və qazla bağlı limitin artırılması ödənişləri yüngülləşdirəcək" - TƏCİLİ




Elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limitin artırılmasının əhaliyə xeyri var.

Bunu Sherg.az-a iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib. 

O bildirib ki, fiziki şəxslərə müsbət təsir göstərəcək bu qərarın hüquqi şəxslərə aid edilməməsi müəyyən çətinlik yaradacaq: 

"Sahibkarlara, özəl şirkətlərə və müəssisələrə aid də hansısa güzəştlər tətbiq edilsə, sahibkarlığın inkişafına daha müsbət təsir edə bilər. Lakin bunun ciddi problem yaradacağını düşünmürəm. Dövlət belə qərar qəbul edibsə, onlar da bununla razılaşacaq və müəyyən tədbirlərlə öz büdcələrindəki boşluğu təmin edəcək. Bilavasitə əhaliyə aid olan bu qərar isə onların ödənişlərində yüngüllük yaradacaq”.

Qeyd edək ki, Tarif Şurasının ötən gün keçirilən növbədənkənar iclasında elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limitin artırılması barədə qərar qəbul edilib.

Aysel Aslan