İslahatlar ilk növbədə Qobustan qapalı həbsxanasına şamil edilməlidir
08:25 23.11.2017
Arxiv
544
Orada vəziyyət çox bərbaddır, şərait dözülməzdir, elə yerdə məhkumları saxlamaq olmaz. O cümlədən qadınlar üçün həbsxanalar da yenidən qurulmalıdır
Ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan” qəzetində dərc edilən məqaləsində Penitensiar Xidmətin fəaliyyətindən danışıb. Nazir bildirib ki, ötən ay iki təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə ciddi nöqsanların və problemlərin olduğunu göstərir. F.Məmmədov bəyan edib ki, nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində həbsdən qaçmış şəxslərdən biri tutulub, digəri isə polis orqanları tərəfindən zərərsizləşdirilib. Nazir nəzərə çatdırıb ki, xidməti yoxlama aparılaraq qanun pozuntularına və digər nöqsanlara yol verən əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb olunub.
Fakt üzrə prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır: "Penitensiar Xidmətin fəaliyyətində nizam-intizam, əməliyyat-rejim və mühafizə tədbirlərinin, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsi ilə bağlı təsirli tədbirlər müəyyən edilərək həyata keçirilir”. Xatırladaq ki, iki məhbusun qaçışından sonra Pentensiar Xidmətin fəaliyyəti ciddi tənqid olunurdu. İctimaiyyət nümayəndələri qurumda islahatların aparılmasının vacib olduğunu söyləyirdilər.
Məsələ ilə bağlı "Şərq”ə danışan İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı deyib ki, əgər cənab nazir özü nöqsanların olduğunu və islahatların zəruriliyini etiraf edirsə, deməli qurumda həqiqətən problemlər mövcuddur. Hüquq müdafiəçisinin sözlərinə görə, Penitensiar Xidməti elə bir səviyyəyə qaldırmaq lazımdır ki, cəza çəkən məhbuslar normal yaşam hüququndan məhrum olmasınlar:
"Həbsxanadakı dustaqlar yaşamaqdan yox, sadəcə azadlıqlarından məhrum ediliblər. Onların insan kimi yaşamağa ixtiyarları var. Son hadisələr Penitensiar Xidmətdə çox ciddi nöqsanların olduğunu göstərdi. Həmin nöqsanları tez zamanda aradan qaldırmaq lazımdır. 17 il ərzində, yəni Azərbaycan Avropa Şurasının üzvü olandan bu yana müəyyən islahatlara başlanılıb. Avropa Şurası qarşısında üzərimizə götürdüyümüz öhdəliklərdən biri məhz Penitensiar Xidmətin reformasiyası idi. Etiraf edək ki, ötən müddət ərzində bu istiqamətdə kifayət qədər işlər görülüb. Mən 5 il Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü olmuşam. Həyata keçirilən islahatları görmüşəm. Görünür, hansısa məqamda islahatlara son verilib, ehtiyac duyulmayıb. Bu da gətirib nəticədə arzuolunmaz hadisələrə çıxarıb”. S.Qocamanlı bildirib ki, Penitensiar Xidmətdə çox ciddi islahatlar aparılmalıdır. İslahatlar ilk növbədə Qobustan qapalı həbsxanasına şamil edilməlidir: "Neçə illərdir deyilir ki, dustaqlar üçün yeni həbsxana tikilir, lakin hələ də təzə cəzaçəkmə müəssisəsindən söhbət getmir. Orada vəziyyət çox bərbaddır, şərait dözülməzdir, elə yerdə məhkumları saxlamaq olmaz. O cümlədən qadınlar üçün həbsxanalar da yenidən qurulmalıdır. Mümkünsə, müasir cəzaçəkmə müəssisələri olmalıdır. Eyni zamanda həbsxanalarda yeni iş yerləri açılmalıdır. 1990-cı illərin sonunda cəzaçəkmə müəssisələrində iş imkanları var idi. Bütün dustaqlar bu işə böyük maraq göstərirdilər. Həmin işlər yenidən bərpa edilməlidir. Ümumiyyətlə, məhbusları bekar saxlamaq olmaz. Gələcək naminə onları indidən işlə təmin etmək lazımdır. Azadlığa çıxdıqdan sonra reabilitasiyaları təşkil edilməlidir. Bunlar hamısı bizim tövsiyələrimizdir. Görüləsi çox iş çoxdur”.
Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu "Şərq”ə da bildirib ki, ədliyyə naziri nöqsanları təsdiqləyirsə, dəyişikliklərin olacağı mütləqdir: "Fikrət müəllim verdiyi sözün üstündə duran nazirlərdəndir. Neçə illərdir ki, biz onunla bir yerdə işləyirik və yaxşı tanıyırıq. Nazirdən nə xahiş etmişiksə, heç birinə biganə qalmayıb. Ona görə də Penitensiar Xidmətdə islahatların olacağına şübhə etmirəm”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya