İsrail Qəzzaya raket zərbəsi endirdi: iki fələstinli öldü



Bu gün səhər İsrail ordusu Qəzza sektoruna raket zərbəsi endirib.

Sherg.az Türkiyə mətbuatına istinadən bildirir ki, raket zərbəsi Cabaliya şəhərinin şərqinə endirilib.

Raket zərbəsi nəticəsində 2 fələstinli ölüb. Onların 24 yaşı olub.