İsrailli nazirin arvadı Obamanı təhqir etdi





İsrailin Daxili İşlər naziri Silvan Şalomun həyat yoldaşı Cudi Şalom Nir-Mozes Tvitterdə Obamanı təhqir edib:
"Obama qəhvəyisi nədir bilirsinizmi? Qara və xəfif".
Axar.az xəbər verir ki, irqçi ayrı-seçkiliyə işarə edilən tvitə görə israilli nazirin yoldaşına kəskin reaksiyalar verilib.
Nir-Mozes reaksiyalardan sonra izləyicilərindən üzr istəyib:
"Üzr istəyirəm, bu, birinin mənə söylədiyi axmaq bir zarafat idi".
Qeyd edək ki, Cudi Şalom Nir-Mozes qatıldığı bir proqramdan sonra çıxan ayaqqabısını ayağına mühafizəçiyə geyindirdiyi üçün ölkədə tənqid hədəfi olmuşdu.