İstanbuldakılarını satıb kəndə köçdülər
Yusif Nəzərli
23:24 25.05.2022
Arxiv
642
"Çətin oldu, amma bacardıq, yeməyə hər cür ərzağımız var"
4 ay əvvəl bütün ev əşyalarını satıb 12 min TL pulla (1440 manat) İstanbuldan Muğlaya köçən Gökhan ailəsi kənd həyatının gözəlliyindən danışıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, ailə şəhər həyatını tərk edib kəndə köçənləri internet üzərindən davamlı təqib edib. Nəhayət özləri də kəndə köç etmək qərarına gəlib. Ailə başçısı Gökcan Gökhan deyib ki, istəkləri, əslində karvan həyatı sürmək olub. Lakin 3 azyaşlı qızları üçün bu səyahətin çətinliyini gözə alaraq birdəfəlik kəndə köçməyə qərar veriblər. Ailə 4 ay əvvəl Muğlanın Ortaca bölgəsinə köç edib:
“Həyat yoldaşımı razı salmaq çox çətin oldu. Amma sonunda bacardıq”. Ailə İstanbuldakı ev əşyalarını tamamilə satışa çıxarıb və bundan sadəcə 12 min tl vəsait əldə edib. Muğlada internetdə görüb bəyəndikləri mənzildə qalmağı planlaşdırıblar. “Atamın mebel mağazasından bizə çatan gəlirimiz vardı. Sonra "You Tube" üçün videolar hazırlamağa başladıq. Hazırda gəlirimizin böyük hissəsi "You Tube" üzərindəndir. İşsizlik maaşım da var, onunla mənzil kirayəsini ödəyirik. Yaxın zamanda təbii kənd məhsullarının internet üzərindən satışını təşkil edəcəyik”, söyləyən Gökhan kiçik gəlirlə keçinə bildiklərini deyib.
Az yeyib, az xərcləyirlər. Kənddəki mənzilin kirayə haqqı çox baha olmadığından problem yaşamırlar. Ailənin üzləşdiyi problem təkcə Özlem Gökhanın işdən azad edilməsi olub. Bundan sonra ailənin gəlirlərini artırmaq barədə düşünməli olublar. Və təsərrüfatla, əkinçiliklə məşğul olmağa başlayıblar.
Evin bağçasında 9 portağal ağacı, 3-4 də limon və müxtəlif meyvə ağacları var. Bağçalarında tərəvəz əkən Gökhan ailəsi yetişdirdikləri məhsuldan özləri də istifadə edir, satışa da çıxarırlar. Gökcan deyir ki, İstanbulda 8-10 saat çalışırdı, yenə gəliri az idi, burda isə 2-3 saat çalışmaqla 10-15 min tl gəlir əldə edir.
Kənd həyatının az məsrəfli, çox gəlirli olduğunu deyən Gökhan Muğlaya köçmələrini düzgün qərar hesab edir: “Yaxşı ki, bura gəldik. 12 min tl ilə yola çıxdıq. İndi başımız üstə damımız, yeməyə hər cür ərzağımız var. Məhsulumuz artdıqca, internet üzərindən satışını həyata keçirib daha çox qazanc əldə edə bilərik. Kənddə yaşamaq asan deyil, amma xoşdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Zelenski ABŞ rəsmiləri ilə danışıqlar aparıb
22:58 01.04.2026
Dünya
Tramp şahzadə ilə İranla atəşkəsi müzakirə etdi
22:36 01.04.2026
Gündəm
ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata keçirib
22:15 01.04.2026
Dünya
Dələduzluq edən 7 nəfər saxlanıldı
21:33 01.04.2026
Hadisə
Stubb və Tramp NATO ilə bağlı məsələləri müzakirə ediblər
21:05 01.04.2026
Dünya
İran İsraildəki ABŞ təyyarələrinə zərbələr endirib
20:50 01.04.2026
Dünya
Tramp İranla bağlı xalqa müraciət edəcək
20:34 01.04.2026
Dünya
İranın Ali lideri: Müqavimətə dəstək davam edəcək
20:17 01.04.2026
Gündəm
Tramp: NATO-dan iyrənirəm
20:00 01.04.2026
Dünya
SEPAH: Hörmüz boğazı açılmayacaq
19:37 01.04.2026
Region
Putin yeni qlobal ticarət marşrutunun siqnalını verir - ŞƏRH
18:44 01.04.2026
Gündəm
Portuqaliya Azərbaycanda səfirlik açacaq
18:40 01.04.2026
Siyasət
Əraqçi: İran atəşkəsi qəbul etmir
18:29 01.04.2026
Region
İranda 3 SEPAH zabiti öldürüldü
18:21 01.04.2026
Dünya
Qırğızıstanın Baş naziri Azərbaycana səfərə gəlib
18:14 01.04.2026
Siyasət