İt hücumuna qarşı nə etməli? - Sizə yardımı ola bilər

   Bir it sizə qarşı hücüm rəftarı sərgiləyirsə, ya insanlardan zərər görüb, ya da bir xəstəliyi var. Belə itlə qarşılaşdığınız zaman bunlara diqqət yetirsəniz, sizə zərər verməyəcək. İt və digər heyvanların qorxunu hiss etdiklərini bilirik. Sizə tərəf hürən və dişlərini qıcayan əsəbi bir iti görüncə, çətin də olsa sakitləşməyə çalışın.
Əgər qışqırıb qollarınızı yelləsəniz və ya qaçmağa çalışsanız, bu itin sizi ov kimi görməsini təmin etmiş olursuz. Sizə hücum edə bilər. Qaçarkən hücumcu bir itlə qarşılaşdınızsa, addımlarınızı yavaşıdın. İtin tərs istiqamətinə doğru yavaşca gedərək, gözucu onu nəzarət edin.
Qollarınızı iki yanda bədəninizə birləşmiş tutaraq tik şəkildə dayanmanız itin sizə marağını azaldacaq. İtin gözünün içinə baxmaq, təhdid hesab edilir və bu sizə hücum etməsi üçün səbəb ola bilər. İti fikirinizdə tutaraq göz təmasından yayının. Təhdid hesab etməyəcəyi üçün uzaqlaşıb gedəcək. Yanınızda yemək bir şey varsa, möcüzə olar. Amma yoxsa ayaqqabı, şüşə və ya kürək çantası kimi tapdalaya biləcəyi bir şey verə bilərsiniz. Bu iti əyləndirib, sizin qaçmanız üçün zaman qazandıracaq. Əgər it aqresiv davranmağa davam edirsə, göz təması qurmadan üzləşin. Getməsi üçün əmrlər verin. Səs tonunuza diqqət yetirin, güclü və özündən əmin olmalıdır. Çox qorxaq səslərdən xoşlanmazlar.