İtaliyada yaşayan Türk jurnalist tarixi uğura imza atdı
10:59 19.09.2018
Arxiv
752
Uzun illər İtaliyada yaşayan, eyni zamanda çox sayda media qurumunda təmsil olunan türk jurnalist, həmçinin İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin rəhbəri Dündar Keşaplı, Maltanın önəmli və köklü komandası "Sliema Wanderers” futbol klubunda məsul vəzifəyə təyin olunub. 25 ildən çox uğurlu jurnalist karyerasında çoxsaylı önəmli və özəl xəbərlərə imza atmasıyla tanınan Keşaplı "Sliema Wanderers” klubunun mətbuat və ictimaiyyətlə əlaqələr direktoru vəzifəsini icra edəcək. Keşaplı bununla yanaşı klubun UEFA ilə əlaqələrini həyata keçirəcək. Dündar Keşaplı belə bir vəzifəyə gətirilən ilk Türkdür. "Sliema Wanderers” klubunun prezidenti Keith Perry Keşaplı ilə anlaşmış olmaları ilə bağlı "sizinle burada birlikdə işbirliyi həyata keçirib, çalışmaq mənim üçün qürurvericidir. Sizin təcrübələrinizlə birlikdə "Sliema Wanderers”ın daha da irəli gedəcəyini düşünürəm”, -deyə bildirib.
Jurnalist Keşaplı da ona həvalə edilən vəzifəyə görə, məmnunluq duyduğunu bildirərək, "gözəl bir işbirliyi olacaq. Bir ailə kimi olacağımızı düşünürəm. Bu vəzifəni də çox yaxşı formada yerinə yetirərək, klubu beynəlxalq və hər cür rəsmi tədbirlərdə uğurla təmsil edəcəyəm”, - deyə vurğulayıb.
İmza törənində "Sliema Wanderers”in prezidenti Perry ilə birliktə klubun baş direktoru sabiq italyan futbolçu Gianfranco Guazzoli də iştirak edib.
Xatırladaq ki, Dündar Keşaplı İtailya idman tarixində bir ilkə imza ataraq, 2009-cu ildə İtaliya İdman Yazarları Dərnəyi İdarə Heyəti üzvlüyündə seçilmişdi. Bu gün hal hazırda idarə heyətinin xarici əlaqələr vəzifəsini icra etməklə yanaşı, Keşaplı nüfuzlu SKYTG24 və TGCOM24 xəbər kanallarında şərhçi kimi çıxış edir. O, həmçinin hazırda Türkiyənin TRT Spor və A spor kanallarının İtaliya təmsilçisidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət