İvanka görməsin deyə...

Evsizləri küçələrdən bir-bir topladılar
Donald Trampın qızı İvanka Trampın Hindistana ziyarəti öncəsində Haydarabad şəhərində evsizlər toplanaraq reabilitasya mərkəzlərinə qapadıldı.
ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın Hindistana səfəri ilə bağlı fövqəladə tədbirlər görülür. Belə ki, ölkənin cənubunda olan Haydarabad şəhərində küçələrdəki evsizlərlə möhtaclar belə toplanıb və reabilitasiya mərkəzinə qapadılıb. "The Vaşinqton Post”un "Indian Expres”ə istinadən yaydığı xəbərə görə, təxminən 400 dilənçi küçələrdən toplanaraq həbsxana mərkəzlərinə göndərilib. Xarici qonaqları narahat etməsin deyə təxminən 6 min dilənçini küçələrdən toplama planı olduğu bildirilir. Ayrıca şəhərdə yanvar ayının ilk həftəsinə qədər dilənmək qadağan edilib. "Express”ə danışan adını vermək istəməyən bir səlahiyyətli, "Bəzi dilənçilər, onların istədikləri yerdə həyat azadlıqlarını əllərindən aldığımızı söyləyir. Ancaq bunu onların yaxşılığı üçün etdiyimizi və yaxşı baxılacaq reabilitasiya mərkəzlərinə yerləşdirdiyimizi söylədik” deyə bildirib. Səlahiyyətlilər, İvanka Trampın ancaq Hindistanın gözəl üzünü görməsini istədiklərini söyləyir.
İvanka Trampın 28 noyabrda başlayacaq və üç gün davam edəcək "Qlobal Təşəbbüskarlıq