Jurnalist Prezidentə təşəkkür etdi
10:09 20.04.2021
Arxiv
446
“APA Group” MMC-yə daxil olan “Lent.az” portalının redaktoru Səbinə Əvəzqızı xəstəliyinin müalicəsində dövlətin verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
APA-nın məlumatına görə, jurnalist bu barədə “Facebook” səhifəsində paylaşım edib.
S.Əvəzqızı paylaşımında yazıb: “Dəyərli dostlar, bir qədər əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı. Məni az-çox tanıyanlar bilir ki, bu xəstəliyin müalicəsi ilə məşğul olmaq maddi imkanım xaricindədir. Problemdən xəbər tutan kimi həmkarlarım dərhal toplandılar, media ictimaiyyəti və bir sıra ictimai xadimlər Prezident İlham Əliyevə müraciət ünvanladılar.
Müraciət yayıldıqdan cəmi bir neçə dəqiqə sonra isə artıq mənə zəng etdilər. Mənim müalicəmlə bağlı lazımı dəstək göstəriləcəkdi. Cəmi bir gün sonra Türkiyəyə gedib, öz seçdiyim xəstəxanada müayinə olunmağım təmin edildi. Təəssüf ki, Bakıdakı diaqnoz təsdiqləndi və müalicəmə başladım. Artıq kimya terapiya müalicəsinin ilk mərhələsini qardaş ölkədə aldım. Bütün bu günlərdə dövlətin diqqətini hər an hiss etdim.
Bu diqqət üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirəm. Bir insan üçün həyatının təhlükə qarşısında qaldığı anlarda üz tutacağı Dövləti, dəstəyi olmasını bilməsi çox böyük güvəndir.
Ən çətin anımızda illərlə xidmət etdiyimiz Dövlətimiz, Prezidentimiz bizi tək qoymur. Bu dəfə də belə oldu.
Bir daha Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevaya, bu müraciəti dərhal diqqətə çatdıranlara, hər gün yanımda olan əziz kollektivimə və media ictimaiyyətinə minnətdaram. Mən bu sevgini görəndən sonra artıq xərçəngə qalib gəldiyimi sanıram. Sizlərin sayəsində...”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou