Jurnalistlərə şad xəbər: Yeni yazı müsabiqəsi elan edildi
19:58 20.05.2014
Arxiv
548
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri Umud Mirzəyev iştirakçıları müzakirəsi nəzərdə tutulmuş məsələlərlə tanış edib. İclasın gündəliyində duran birinci məsələ ilə bağlı məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümü ilə əlaqədar keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün 10 istiqamət və hər istiqamət üzrə 3 mövzunun müəyyənləşdirilməsi təklif edib. Təklif olunan mövzular Müşahidə Şurasının üzvləri, qəzet redaksiyaları və jurnalist təşkilatları tərəfindən müəyyənləşdirilib. Mövzularla bağlı təkliflər Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Təqdim olunan mövzular müzakirə olunduqdan sonra Müşahidə Şurasının üzvləri 10 istiqamət üzrə 30 mövzunu müəyyənləşdiriblər. Müşahidə Şurasının üzvləri 30 qalib jurnalistin hər biri üçün 1000 manat, 10 nəfər həvəsləndirici yerləri tutanlar üçün isə 300 manat məbləğində mükafatların verilməsi barədə qərar qəbul ediblər. Daha sonra KİV-lərə maliyyə yardımı müsabiqəsi qaydalarına və fərdi jurnalist yazıları müsabiqəsi qaydalarına təklif olunan dəyişikliklər müzakirə edilib. Məsələyə Şura üzvləri tərəfindən baxıldıqdan sonra qaydalara müvafiq dəyişikliklərin edilməsi barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sağlam ailə modeli” layihəsi çərçivəsində seminar keçirilib
00:25 13.06.2026
Ölkə
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət