Kadrlar yenilikləri ölkəmizə gətirəcək
07:51 20.09.2017
Arxiv
561
BDU-da yaponşünaslıq ixtisası üzrə auditoriyalar açıldı
Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində yaponşünaslıq ixtisasının tədrisinin daha da yüksəldilməsi üçün auditoriyaların açılışı olub.
Məlumdur ki, ölkəmizdə təhsil üzrə ən böyük qrantlardan biri məhz Yaponiyaya məxsusdur. Bəs, auditoriyaların açılması təhsilimiz üçün nə kimi töhfələr verə bilər? Yeni layihə yaponşünaslıq ixtisasına maraq göstərənlərin sayının artmasına səbəb ola bilərmi?
Təhsil üzrə ekspert Kamran Əsədov "Şərq”ə açıqlamasında deyib ki, yaponşünaslıq ixtisasının tədrisi və bu sahədə təkmilləşmə işlərinin həyata keçirilməsi olduqca mütərəqqi hesab edilməlidir.
Ekspertin sözlərinə görə, uzun müddət idi ki, Koreya, Yaponiya, Çin üzrə ixtisas hazırlığını həyata keçirən universitetlərin auditoriyalarında həmin ölkəyə aid hər hansı bir vəsait, şəkil, material yox idi. Məhz Bakı Dövlət Universiteti flaqman universitetimiz olaraq bu sahədə hər zaman yeniliklərlə yadda qalıb:
"Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsil sistemində ciddi islahatlar həyata keçirilib. Bu islahatlar əsasən ali təhsil müəssisələrində sovetlər dönəmində olmayan ixtisasların tədris prosesinə daxil edilməsidir. Bu daha çox "Beynəlxalq münasibətlər” ümumi adı altında fəaliyyət göstərən ixtisasların müəyyən regionlar üzrə bölüşdürülməsidir. Məsələn, yaponiyaşünas, koreyaşünas, avropaşünas kimi ixtisasların tədrisi həyata keçirilir. Təəssüf ki, uzun müddət ərzində bu ixtisaslar üzrə kadr hazırlayan universitetlərin heç birinin nə auditoriyası, nə dərslikləri var idi. Sadəcə ümumi bilik və bacarıqlar həmin ixtisaslarda öyrədilirdi.
BDU-da bundan əvvəl koreyaşünaslar üçün də bu tipli auditoriyalar yaradılmışdı. Əslində Avropa və Amerikada ölkəşünaslıq üzrə olan ixtisasların tədrisinin demək olar ki, 30-40 faizi həmin ölkələrdə həyata keçirilirdi. Düzdü, bizim universitetlərimizin o qədər maddi imkanı yoxdur ki, yaponşünaslıq üzrə oxuyan tələbələri Yaponiyaya ezamiyyətə və ya praktikaya göndərsinlər. Ona görə də həmin universitetlərin özünü? auditoriyalarını ixtisaslar üzrə dizayn etmək, materiallarla zənginləşdirmək həmin ixtisaslara marağı artıracaq”.
K.Əsədov həmçinin bildirib ki, hansısa ölkə üzrə kadrların hazırlanmasında əsas məqsəd həmin ölkədəki yeniliklər və təcrübələrdən yararlanmaq, bunları öz ölkəmizdə tətbiq etməkdir:
"Yaponiya kimi iqtisadiyyatı, təhsili, sənayesi yüksək səviyyədə inkişaf etmiş ölkə haqqında, onların yeni texnologiyaları barədə yetişdirilən kadrlar bizə məlumatlar gətirməlidirlər. Hesab edirəm ki, belə ixtisasların əhəmiyyəti olduqca böyükdür. Amerika, Avropa, Cənubi Koreya, Yaponiya kimi ölkələr üzrə ixtisas hazırlayan universitetlərimiz həmin ölkələrlə əlaqələri genişləndirməli və onların təcrübələrini məhz həmin kadrlar Azərbaycanda tətbiq etməlidir. Düşünürəm ki, yaponşünaslar bu sahədə mütərəqqi rola malikdirlər və yaxın vaxtlarda BDU-nun bu ixtisas üzrə məzunları Yaponiyadakı texnoloji yenilikləri ölkəmizə gətirməkdə mühüm xidmət göstərəcəklər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya