“Kağızçılığa” və “imtahan-imtahan oyunu”na son qoyulur" - Mütəxəssisdən izah
10:31 03.01.2019
Arxiv
731
Nadir İsrafilov:"Summativlərin ləğvi hər şeydən əvvəl ibtidai siniflərdə ağır dərs yükünün azaldılmasına xidmət edir"
Bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.
Qərara əsasən, I sinifdə summativ qiymətləndirmə aparılmayacaq. II-III siniflərdə isə böyük summativ qiymətləndirmə keçirilməyəcək.
Xatırladaq ki, kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür. KSQ II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır.
Qərarı dəyərləndirən təhsil mütəxəssisi Nadir İsrafilov "Sherg.az"a açıqlamasında qeyd edib ki, ilkin olaraq təhsilin ibtidai pilləsi üçün belə bir addımın atılması gözlənilən idi. Onun sözlərinə görə, ötən illərdən bəri məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydaların hazırlanması, bu istiqamətdə bir sıra köklü dəyişikliklərin həyata keçirilməsi üzrə davamlı işlər aparılırdı:
"Əsas dəyişiklikərin summativ qiymətləndirmələr və onların formatı ilə bağlı olacağı nəzərdə tutulurdu. Belə ki, I siniflərdə summativ qiymətləndirmənin olmayacağı, II-III siniflərdə isə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmayacağı barədə rəsmi fikirlər səsləndirilirdi.
Hesab edirəm ki, hazırda summativlərin ləğvi hər şeydən əvvəl ibtidai siniflərdə ağır dərs yükünün azaldılmasına xidmət edir. Belə bir addımın atılması kiçik yaşlı məktəblilərin həm yaş xüsusiyyətlərinin, həm də psixoloji durumlarının nəzərə alınması ilə əlaqədar olub. Hər birinci sinif şagirdinin il əzində xeyli summativ qiymətləndirmə yükündən azad olunması deməkdir. Bundan başqa, ibtidai təhsil səviyyəsində müəyyən dəyişikliklərin də nəzərdə tutulması yəni II və III siniflərdə yalnız kiçik summativ qiymətləndirmə aparılması, bu siniflərdə böyük summativ qiymətləndirmənin olmaması, IV sinifdə isə yalnız BSQ olması kimi dəyişikliklər də bilavasitə məktəblilərin ağır yükdən azad edilməsi məqsədinə yönəlik bir addımdır. Tədris yükünün kifayət qədər azaldılması dünya təhsilində gedən əsas tendensiyalardan biridir".
Ekspert onu da əlavə edib ki, 2008-ci ildən bəri tətbiq edilən kurikulum standartlarının tətbiqi və reallaşdırılması ilə əlaqədaq Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli qərarı ilə "Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası” təsdiq edilib:
"Həmin Konsepsiyada şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri, əsas qiymətləndirmə növləri öz əksini tapıb. Keçən müddət qaydalarda bəzi dəyişikliklər edilməsini zərurətə çevirib, və tam əminliklə deyə bilərəm ki, bu kimi dəyişikliklər çöxsaylı müəllim, valideyn və şagirdlər tərəfindən rəğbətlə qarşılanacaq, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində son yenilik olmayacaq.
Hesab edirəm ki, Təhsil Nazirliyi tez bir zamanda məsələyə daha ətraflı və anlaşıqlı bir münasibət bildirəcək. Ən başlıcası isə "kağızçılığa”, mərhum pedaqoqumuz Əjdər Ağayevin ibarəsi ilə desək, "imtahan-imtahan oyunu”na son qoyulur".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət