Karaqanda mitinqindən sonra xarici işlər nazirləri işə qarışıb
17:21 07.01.2019
Arxiv
625
Karaqanda şəhərində 23 yaşlı qazax gəncin ermənilər tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq yanvarın 6-da keçirilən izdihamlı mitinqdən sonra Qazaxıstan və Ermənistanın xarici işlər nazirlikləri arasında danışıq aparılıb.
SİA erməni KİV-lərinə istinadla xəbər verir ki, yanvarın 7-də Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zoqrab Mnaçakyan Qazaxıstanın xarici işlər naziri Beybut Atamkulova zəng edərək bu insidentin millətlərarası münaqişəyə çevrilməsinin qarşısının alınmasını xahiş edib.
Ermənistan XİN-in yaydığı bəyanatda qeyd olunur ki, "tərəflər yaranan vəziyyətin çox həssas olduğunu bildiriblər və gərginliyin artmasının qarşısını almaq üçün yeni vasitələr tapılmasının zəruriliyini vurğulayıblar. Bu məqsədlə iki ölkənin müxtəlif dövlət orqanları arasında birbaşa əlaqələrin yaradılmasının da zəruri olduğu qeyd edilib”.
Ekspertlər bildirirlər ki, rəsmi Yerevanın təşvişə düşməsinin səbəbi Qazaxıstanda yaşayan ermənilərin gələcəyi ilə bağlı narahatlıqdır. Təsadüfi deyil ki, bu ölkədəki erməni diasporu qətlə yetirilən gəncin ailəsinə dəfələrlə başsağlığı verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm