Karateçilərimiz Olimpiadaya yollandı
13:15 28.07.2021
Arxiv
474
Azərbaycan karateçiləri Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanıblar.
Oxu.Az xəbər verir ki, Bakıdan yola düşən Firdovsi Fərzəliyevlə (-67 kq) Rafael Ağayevə (-75 kq) İrina Zaretskaya (+61 kq) da qoşulacaq.
Olimpiadanın kumite yarışlarında kişi karateçiləri baş məşqçi Qurban Tağıyev, qadın idmançını isə Denis Morozov müşayiət edəcək.
5-7 avqustda Nippon Budokan mərkəzində yarışların ilk günü Fərzəliyev mübarizəyə qoşulacaq. Ertəsi gün Ağayevin, avqustun 7-də isə Zaretskayanın nəticəsi məlum olacaq.
Beynəlxalq dərəcəli hakim Cahangir Babayev karate yarışlarını idarə edən 15 hakim arasında olacaq. Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Ümumdünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə Heyətinin üzvü Yaşar Bəşirov da Tokioda idmançılarla bir yerdə olacaq.
Qeyd edək ki, Olimpiadanın proqramına ilk dəfə daxil edilən karate yarışları kumite üzrə birləşdirilmiş altı çəki dərəcəsi (üç kişi və üç qadınlar) və kata çıxışlarından (kişi və qadınlar) ibarət olacaq. Hər çəki dərəcəsi və kata nümayişində iki qrupa bölünən 10 idmançı çıxış edəcək. Qruplardan iki ən yüksək nəticə göstərən karateçilər yarımfinalda, sonrakı mərhələnin qalibləri finalda, məğlub olanlar isə yeganə bürünc medal uğrunda mübarizə aparacaq.
Tokio Olimpiadasında 34 ölkəni təmsil edən 82 karateçi mübarizə aparacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm