Karlos Teves özünə 4 günlük toy edir




"Boka Xuniors"un futbolçusu Karlos Teves evlənib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, sevgilisi Vanesse Mansilya ilə dünən münasibətləri rəsmiləşdirib.

Argentinanın San-İsidro şəhərində keçirilən toy mərasiminə 260 nəfər dəvət edilib. Toy mərasimi 4 gün davam edəcək.

Qeyd edək ki, Teves və Mansilyanın 9 və 2 yaşlı qızları və 2 yaşlı oğlanları var.