Keçmiş deputat ifadə verdi, 6 nəfər azadlığa çıxdı - "BEYNƏLXALQ BANK" İŞİ
13:40 27.02.2016
Arxiv
617
Dünyamin Xəlilov həmin şəxslərin günahkar olmadığını deyib
Azərbaycan Beynəlxalq Bankıilə bağlı başlanılan cinayət işi üzrə həbs edilən şəxslərin əksəriyyətinin həbs müddəti uzadılıb.
Bu barədə APA-ya məlumat verən Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan sabiq rəhbəri Adil Hüseynovun vəkili Kamandar Nəsibov bildirib ki, həmin şəxslərin əksəriyyətinin həbs müddəti uzadılıb, bir neçə nəfərin barəsində olan həbs qətimkan tədbirinin müddəti isə dəyişdirilib: "Ötən gün həmin cinayət işi üzrə 4 nəfərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə prosesi keçirildi. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Adil Hüseynovun, bankın "Mərkəzi" filialının sabiq direktoru İlqar Abdullayevin və həmin bankdan kredit götürərək qaytarmamaqda günahlandırılan "İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadıldı.
Bankın "Nəqliyyat" filialının keçmiş direktoru Kənan Orucov isə azadlığa buraxıldı.
Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etdi.
Bir neçə gün əvvəl isə Nərimanov rayon Məhkəməsinin qərarı ilə "Azerbaijan Consalting Group” MMC-nin rəhbəri, türkiyəli iş adamı Erhan Cavad Yavuz və digər bir neçə nəfərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Erhan Cavad Yavuzun həbs müddəti Nərimanov rayon Məhkəməsinin qərarı ilə daha 3 ay artırılıb”.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə 30-dan çox şəxs həbs edilib. Cinayət işi üzrə saxlanılan şəxslərdən 6 nəfəri barəsində seçilmiş həbs qətimkan tədbiri ötən ilin dekabr ayında Nərimanov rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı ilə əvəz edilib.
APA-nın əldə etdiyi məlumata görə, həmin şəxslər keçmiş deputat, "Globus Plaza"nın sahibi Dünyamin Xəlilovun həbsindən sonra azadlığa buraxılıblar.
Belə ki, D. Xəlilov həbs olunduqdan sonra istintaq orqanına verdiyi ifadəsində "Xəzər Menecment Sistem” şirkətinin həbsdə olan rəhbəri Adil Mikayılov və digər 5 nəfərin təqsirinin olmadığını bildirib. Onun ifadəsindən sonra prokurorluq orqanı Adil Mikayılov və digər beş nəfərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatətlə məhkəməyə müraciət edib. Məhkəmə vəsatəti təmin edərək həmin şəxsləri azadlığa buraxıb. Onlardan başqa yerə getməmə haqqında iltizam alınıb.
Onu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankın İdarə heyətinin sabiq sədri Cahangir Hacıyev də həbsdədir. Onun barəsində ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə