Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat




Elçin Zeynalov Azərbaycan kənd təsərrüfatı nazirinin müşaviri təyin olunub.

Bu barədə "Sherg.az"a nazirlikdən bildiriblər.

O, həmçinin nazirliyin Elm və İnnovasiyalar Mərkəzinə rəhbərlik edəcək.

Qeyd edək ki, E.Zeynalov 2013-cü ilin aprelindən İKT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsində işləyib.