Kəskin hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ
13:17 11.03.2021
Arxiv
352
Martın 12-də paytaxtda hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar çovğun olacağı və bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Məlumatda sürücülərə sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları tövsiyə edilir.
“Ümumilikdə isə qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik.
Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir.
Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu bu kəndi azad etdi
17:01 11.02.2026
Dünya
Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi
16:46 11.02.2026
Cəmiyyət
Azərbaycanın müsəlman dünyasındakı nüfuzu artmaqdadır - ANALİZ
16:39 11.02.2026
Gündəm
Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır
16:37 11.02.2026
Dünya
Ukrayna lazer HHM sistemi yaratdı
16:30 11.02.2026
Dünya
“Maariv”: Tramp sonda İrana hücum qərarı verəcək
16:07 11.02.2026
Gündəm
Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
15:54 11.02.2026
Gündəm
Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
15:29 11.02.2026
Gündəm
Zatulin Ermənistana qəzəbləndi: Bu, Rusiyaya hücumdur
15:00 11.02.2026
Gündəm
Ərdəbildə daha 100 nəfər həbs edildi
14:58 11.02.2026
Region
Daily Mail: Böyük Britaniya Rusiya ilə mümkün münaqişəyə hazırlaşır
14:50 11.02.2026
Dünya
İrandan Ərdoğana ABŞ danışıqları üçün xüsusi təşəkkür gəldi
14:36 11.02.2026
Gündəm
Türk Hava Yolları martdan İrəvana uçuşlara başlayır
14:30 11.02.2026
Gündəm