"Kişi olan yerdə qadın danışmamalıdır" - Sevda Sanəliyeva
13:14 23.04.2021
Arxiv
547
"Kişinin kişi, qadının qadın yeri var. Kişi olan yerdə qadın danışmamalıdır. Qadın zəif və zərif məxluqdur, yerini bilməlidir".
"Sherg.az"axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva "Gündən-günə" proqramında deyib. Sənətçi mübahisə edən qadınları tənqid edib:
"Kişiylə kişi danışar. Elə qadınlara çox rast gəlirəm. Bu da zəmanədən irəli gəlir. İşləyən qadınam, işlərimi özüm həll edirəm. Mənim də başıma gəlir. Bəzən qardaşım yanımda olur, danışır, baxıram ki, özüm qoşulmuşam söhbətə. Bəlkə bu sözlərimə görə qadınlar məni qınayacaq. Amma kişi bir addım qabaqda olmalıdır. Qadın kişinin arxasında dayanmalıdır".
Aparıcı, Əməkdar artist Əkbər Əlizadənin "Deyirlər, Sevdanın başına gələnlərin səbəbi də çox mən-mən deməsidir" sözlərinə sənətçi etirazını bildirib:
"Mən-mən deyən insan deyiləm. Oğlumun 6 yaşı var, deyirəm, evin kişisi sənsən. Necə istəyirsən, elə olsun. Oğlum balacadır, deyirəm geyimimə də, hara gedib gəldiyimə də qarışa bilərsən. Ailəmin dağılmasına görə deyirsənsə, elə qadın olmamışam. Ailə qurmadım ki, dağılsın. Hər zaman çalışmışam ki, həyat yoldaşımın yanında heç danışmayım. Xasiyyəti pis idi, çalışırdım sakit olum. İndi də oğlum necə istəsə, elə olacaq".
Sevda "Ayrılıq şəxsi zəmin nəticəsində oldu, yoxsa sənətə görə" sualına "Xasiyyətlər o qədər ayrı idi ki... Çox susan, "eybi yox" deyən biriyəm. Deyirəm ailəmdir, uşaqlarım var. Amma insan belə etməməlidir, özünü içdən çürüdürsən" cavabını verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm