Kişi voleybolçularımız türklərə məğlub oldu





"Bakı-2015” Birinci Avropa Oyunları çərçivəsində A qrupunda yer alan kişi voleybolçularımız bu dəfə Türkiyə voleybolçularını qəbul edib. İlk iki seti qardaş ay ulduzluların (25:18; 25:17) xeyrinə olsa da, sonrakı iki seti (25:21; 25:22) yığmamız qalib gələrək hesabı bərabərləşdirib. Lakin sonuncu, beşinci setdə sevinən tərəf (20:1) Türkiyə voleybolçuları olub. Beləliklə millimiz qrupdakı oyunlarını autsayder olaraq sonuncu yerdə bitirib.

Vüqar