Kişilərin öpüşməsi homoseksuallıq yarada bilər- TƏCİLİ

Qulu Məhərrəmli: " Bu, bir az feminist təsəvvür formalaşdırır "Əhməd Qəşəmoğlu: "Hansısa qruplar bunu təbliğ etməkdə maraqlıdır"
Aytən Ələkbərova: " Qadın hormonlarının həmin kişilərə sirayət etməsi cəmiyyətdə balansın pozulmasına gətirib çıxarır "
Son günlər gənc və orta yaşlı kişilərin bir-biri ilə əl verib, öpüşməsi sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. İstifadəçilər uzun müdddət görüşməyən insanların öpüşməsini doğru hal olduğunu bildirsələr də, onların gün ərzində bir neçə dəfə görüşüb, öpüşmələrini arzuolunmaz hal adlandırıblar. 
Bəziləri bu kimi "nəsnə" lərin Qərbdən gəldiyini, bəziləri isə Qərbdə belə davranışların olmadığını söyləyib. 
Biz də Sherg.az olaraq mövzunun aktuallığını nəzərə alıb, məsələ ilə bağlı ziyalıların fikirlərini öyrəndik.
Bakı Dövlət Universitetinin professoru, tanınmış telejurnalist Qulu Məhərrəmli qeyd etdi ki, görüşməkdə, mehribanlığı büruzə verməkdə də bir ölçü hissi olmalıdır: 
" Məsələn, elə olur ki, insanlar uzun müddət bir-biri ilə görüşmür bu halda həmin kişilərin öpüşməsi mümkün olan haldır. O vaxt böyük kişilər, bəylər uzun müddət bir- birini görməyəndə, sonradan görüşəndə çiyinlərini biri birnə sıxırdılar. Bu bir ehtiram göstəricisi idi. Sevgini, ehtiramı ifadə etmək üçün belə şey olub. Əlbəttə, cavan uşaqların tez -tez öpüşməsi bir az diqqəti cəlb edir. Bu hal yavaş -yavaş yayılır və bir az feminist təsəvvür yaradır. Başqa cür görünə bilir. Ona görə də, bunun ölçülərini müəyyənləşdirmək lazımdır. Bir də görürsən ki, biri gəlir məclisdə hamıynan öpüşür. Bilirsən ki, bu öpüşlərin bir çoxu saxtadır, yalandır, içəridn gələn deyil. Bunları duyanda insan düşüür ki, bu, bir az da saxtkarlıq edir. Adam öz doğma və əzizləri ilə uzun müddət ayrıldıqdan sonra görüşəndə öpüşərsə, bu, normaldır. Amma eləsi var ki, 2 dostdur, 2 saatdır ayrılıb, yenidən görüşəndə bir də öpüşürlər. Yanaşmam bu cürdür. Davranışa diqqət etmək lazımdır".
Sosioloq Əhmdə Qəşəmoğlu da bildirib ki, bu, xoşagəlməz hadır: 
"Çünki istənilən halda sağlam kişi üçün qəbulolunmaz haldır. Yaxşı "ənənə" deyil. Bəlkə kimlərsə , hansısa qruplar bunu təbliğ edir. Bu işdə maraqları var. Amma çox yaramaz davranışdır. Məxsusi olaraq, gənc oğlanlar arasında dəb düşüb. Bu hal çox geniş yayılıb. Bunu yalnız təndiq etmək lazımdır".
Psixoloq Aytən Ələkbərova da bu davranışla razılaşmayıb:
" Bu vərdişlər son dövrlərdə bizim gündəlik həyatımıza daxil olub. Lakin hələ də heç kim bilmir ki, bunun mənbəyi hansı sivilizasiyadır. Son dövrlərdə Avropa dəyərlərinin genişlənməsinə baxmayaraq, onlarda belə bir görüşmə formaları yoxdur. Bu problemləri aradan qaldırmaqda valideynlərin üzərinə iş düşür. Ana, ata evdə oğul övlad böyüdürsə, həmin uşağın sözsüz ki, ailədə nümunə götürəcəyi üzvlər olacaq. Ata, əmi, dayı və başqa qohumların etdiyi hərəkətləri o da edəcək. Burada əsas məsuliyyət ilk növbədə anaların üzərinə böyük yük düşür. Uşaq yaşlarından analar oğlan övladlarını müxtəlif qonaqlıqlara, qadınlarla görüşlərə, gözəllik salonlarına gedərkən aparırlar. Orada gördüyü qadınların davranışlarını uşaqlar daha tez mənimsəyir. Məktəb yaşında uşaqlarda bu "adət"lər azalsa da, yoldaşları arasında təkrarlandıqda genişlənir. 7-8-ci sinifdən sonra oğlan uşaqları bir-birilə öpüşüb görüşməyə başlayırlar. Düzdür, bunlar doğmalıq, yaxınlıq səciyyəsi daşıyır, amma zaman keçdikcə bizə xoş gəlməyən hərəkətlərə çevrilir".
A.Ələkbərovanın sözlərinə görə, bunların nəticəsi homoseksuallığa gətirib çıxarır: 
" Ən xırda halda onların saç düzümlərində qadına xas olan əlamətlər özünü göstərir. Artıq ilk vəziyyətdə bilmək olur ki, bunu hansı xarakterli oğlanlar edə bilər. Bəzi stilistlərimiz də var ki, belə vərdişlərə meyllidirlər, qadınlar kimi danışır, geyim və hərəkətlərində onları təqlid edirlər. Bu gənclərə psixoloji baxımdan məxsusi diqqət ayırmaq lazımdır. Qeyd etdiyim kimi, qadın kimi davranışların artmasının sonu homoseksuallığın yayılmasına səbəb olur. Qadın hormonlarının həmin kişilərə sirayət etməsi cəmiyyətdə müvafiq balansın pozulmasına gətirib çıxarır. Bu şəxslərə qarşı istər-istəməz fərqli münasibətlər bəslənilir, müxtəlif adlar qoyulur. Daha mənfi nəticələrdə isə bu homoseksuallara bənzəmək istəyənlər artır. İnteraktiv və aciz, tez təsirə düşən uşaqlar onları nümunə götürə bilir. Elə orta məktəblərdən başlamaqla psixoloqlar və valideyinlər tərəfindən bu davranışlara meylli uşaqlara nəzarət olunub, aradan qaldırılmalıdır".
Ayyət Əhməd