"Kitab təqdimatlarını bölgələrdə də keçirmək olar" - Müsahibə
12:47 27.09.2017
Arxiv
793
Elçin Şıxlı: "Qəti əminəm ki, rayonlarda kitab sevənlər çoxdur"
Kitab müzakirələrinin, yaradıcılıq gecələrinin regionlarda unudulduğu bir vaxtda Masallı rayonunda maraqlı tədbir keçirilib. Belə ki, ölkənin dəyərli ziyalısı, "Ayna” və "Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Masallıda oxucularla görüş keçirib. "Cənub” Kitab Evindən start verilən görüşdə Elçin Şıxlının "Sükutdan sitat” kitabının təqdimatı baş tutub.
Maraqlı məqam odur ki, müəllifin həm də 60 illik yubileyi ilk kitabının təqdimatı ilə üst-üstə düşüb. Doğum gününü təbrik etmək və kitabın təqdimatı ilə bağlı təəssüratlarını bölüşmək üçün Elçin müəllimin özü ilə əlaqə saxladıq.
"Sherg.az"a ilk kitabının ərsəyə gəlməsindən danışan E.Şıxlı qəribə səslənsə də, "Sükutdan sitat”ı özü hazırlamadığını deyib:
"Dostlarım – Arif Əliyev, Qulu Məhərrəmli, İbrahim Nəbioğlu və naşir Rafiq İsmayılovun birgə təşəbbüsüdür. Onlar məndən xəbərsiz bu kitabı hazırlayıblar və son anda kitabın adını mənimlə məsləhətləşdilər. Məndən olsa idi, bu kitab da çap edilməyəcəkdi”.
- Dostlarınızın bu təşəbbüsü sizə necə təsir bağışladı?
Mənim üçün gözlənilməz, müasir dillə desək sürpriz idi. Maraqlı oldu. Dostlar "Ayna” qəzetinin bağlanmasından əvvəl məhz bu qəzet üçün yazdığım sırf müəllif yazılarını və saytımızı bərpa etdikdən sonra yazdığımız yazıları bir araya gətiriblər. Düzdür, bütün yazılar dərc edilməyib, xırda istisnalarla kitab toplanılıb. Mənim üçün çox xoş məqam oldu.
Hazırladığım ilk kitab 1986-cı ildə işıq üzü görüb. Amma mənim imzam deyildi, Oskar Uayldın ingiliscədən tərcümə etdiyim "Sehrli nağıllar” kitabı idi. Daha sonra da tərcüməsində və hazırlanmasında iştirak etdiyim kitablar oldu. Bundan başqa elə ciddi kitab fəaliyyətim olmadı.
"Ayna” qəzeti təsis edildikdən sonra yenə mən, tanınmış jurnalist Arif Əliyev və professor Qulu Məhərrəmli Rafiq İsmayılovun nəşriyyatının köməyi ilə "Jurnalistika terminləri lüğəti”ni işləyib, hazırladıq. Lakin sırf öz adımla dərc olunan ilk kitab "Sükutdan sitat”dır. Sağ olsun, dostlar! Çox sevindim ki, mənim belə məsləkdaşlarım, dostlarım və mənə bu cür qiymət verən insanlar var.
- Kitabın təqdimatının Masallıda keçirilməsi özünüzün seçim idi ?
-Masallıda "Cənub Xəbərləri” qəzeti fəaliyyət göstərir. Bu qəzetin baş redaktoru Zahir Əmənov çox unikal insandır. Biz Bakıda dözməyib, qəzetləri bağlamışıq. Lakin o qəzetini yaşadır və işlədir, saytını da təsis edib.
Bir neçə il əvvəl bəlkə də həmin bölgədə yeganə olan "Cənub” Kitab Evinin açılışında iştirak etdik. Kitabın təqdimatı da həmin mağazada oldu və Zahir müəllim təqdimatdan sonra rayonun qabaqcıl məktəblərindən biri olan 1 nömrəli məktəbdə görüş keçirməyi təklif etdi. Məktəbdəki tədbirdə də məni təbrik etdilər, kitabımın imzalanması baş tutdu.
- Bu addımdan sonra digər yazarların da kitab təqdimatını rayonlarda keçirməsi ənənə halını ala bilərmi?
- Bunun üçün biz özümüz təşəbbüs göstərməliyik. Masallıda və o bölgədə təqdimatı bir qədər geniş etmək də olardı. İnanıram ki, əvvəlcədən hazırlıq görülsəydi, Lənkərandan, Yardımlıdan, ətraf rayonlardan gələnlər olacaqdı. Kitab təqdimatlarını bölgələrdə də keçirmək olar. Amma bunun üçün özümüz təşəbbüs göstərməliyik. Yerlərdə Zahir Əmənov kimi bunu dəstəkləyən, istəyən insanlar olmalıdır. Belə olmasa, çətinlik aradan qalxmaz. Bu istiqamətdə iş görməliyik. Qəti əminəm ki, rayonlarda kitab sevənlər çoxdur.
Kitabımın əslində ilk təqdimatı Yevlax rayonunda, ARB studiyasının təşkilatçılığı ilə baş tutdu. Veriliş hazırlanıb bu barədə, montajı aparılır və efirə hazırlanır. Yevlaxda Mingəçevirdən, Beyləqandan, ətraf rayonların əksəriyyətindən insanlar yığışmışdı.
Bundan sonra Ağsu rayonunda da kiçik təqdimat baş tutdu.
- Bakıda necə? Kitabınızı təqdim edəcəksinizmi?
Bəli, sentyabrın 28-30-da Bakıda böyük kitab sərgisi keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq beynəlxalq sərginin ikinci günü – sentyabrın 29-da "Sükutdan sitat”ın imza mərasimi və təqdimatı baş tutacaq.
Aysel ASLAN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya