Konsertdə partlayış - çoxlu sayda ölən və yaralananlar var - YENİLƏNİB

İngiltərənin Mançester şəhərində stadionda baş verən partlayış nəticəsində ölən və yaralananlar var.
APA-nın xəbərinə görə, bu barədə Mançester polisinin "Tvitter” səhifəsində bildirilir.
"Hadisə nəticəsində ölən və yaralananlar var”, məlumatda deyilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
İnsident "Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.
***
İngiltərənin Mançester şəhərində stadionda iki partlayışın baş verdiyi ehtimal edilir.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, insident "Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.
Partlayışlardan sonra stadionda təşviş yaranıb, insanlar stadionu tərk etməyə cəhd ediblər. Hazırda polis insidentin detallarını araşdırır. Hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verilmir.
Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik "Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.