Koronavirusdan müalicə alacaqlar

Bəşər Əsəd və xanımı Moskvaya gətirilib

Vaksinasiya işlərinə baxmayaraq koronavirus bütün dünyada yayılmağa davam edir. İndiyədək milyonlarla dünya əhalisi həmin virusa yoluxub. Onlardan biri də Suriyada minlərlə günahsızın qanına bais olan Bəşər Əsəddir.

Ötən günlərdə COVID-19 virusuna tutulduğu elan edilən Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsədin səhhəti pisləşib.

Bildirilir ki, onlar koronavirusa tutulduqdan sonra xüsusi bir təyyarə ilə Rusiyanın paytaxtı Moskvaya gətiriliblər. 

Suriyada yerləşən Rusiya qüvvələrinin sözcüsü Aleksandr İvanov, Əsəd və həyat yoldaşının Moskvada müalicə alması ilə əlaqədar açıqlama verib:

"Suriya Prezidenti Bəşər Əsəd koronavirusa yoluxandan sonra müalicə üçün Moskvaya gəlib. Həkimlərimiz tez müdaxilə edib. Əsəd hələ də müalicə alır. Yaxın zamanlarda yaxşılaşacağını ümid edirik"- deyə bildirib.

Ağarza