Körpəyə ad qoymaq davaya çevrildi

Əsgərlikdən qayıdan gənc öldü, 7 nəfər isə yaralandı




Türkiyənin Osmanıya bölgəsində yeni doğulan körpəyə ad qoymaq üstündə iki ailə arasında çıxan daşlı və silahlı davada 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Məlumata görə, hadisə, Karaboyunlu məhəlləsində baş verib. İddiaya görə, aralarında əvvəldən də hüsumət olan iki ailə arasında yeni doğulan bir körpəyə ad qoymada anlaşılmazlığa düşdükləri üçün mübahisə çıxıb. Mübahisə nəticəsində adı bildirilməyən körpənin anası ata evinə gedib. Burada davam edən mübahisə qısa müddətdə davaya çevrilib. Hadisəyə hər iki ailənin fərdləri də qarışıb. Daşlı və silahlı savaş əsgərlikdən icazə alıb evlərinə gələn körpənin dayısı Musa Çeçan (23) ov tüfəngi ilə vurularaq həyatını itirib. Eyni hadisədə 7 nəfər də yaralanıb.