Krımda kollecdə partlayışda ölənlərin sayı 18-ə çatıb -YENİLƏNİB





Krımda texniki kollecdə baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb.

Trend-in məlumatına görə, partlayışın terror aktı olduğu bildirilir.

X X X

14:16

Krımda kolleclərin birində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub.

Təxminən 50 nəfərin xəsarət aldığı deyilir. Hazırda hadisə yerinə xilasedicilər cəlb olunub.

İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.