Kristofer Smitə tutarlı cavab: "İnsanları atom bombası ilə qıran ilk ölkə Amerika olmayıbmı ? !"
12:38 28.09.2017
Arxiv
867
Ağacan Abiyev: "ABŞ istəyir ki, Azərbaycan onların diktəsi ilə oturub - dursun. Ölkəmiz isə bunu etmir, öz müstəqil daxili və xarici siyasətini yürüdür"
"ABŞ konqresmenlərinin Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına dair iddiaları böhtan və qarayaxmadan başqa bir şey deyil".
Bu barədə "Sherg.az"a "ABŞ konqresmenləri- Kristofer Smit və Cim Makqovern Azərbaycanda insan hüquqlarına hörmət edilməsini və qanunun aliliyinin təşviqini nəzərdə tutan qətnamə layihəsi irəli sürmələrinə münasibət bildirərkən millət vəkili, professor Ağacan Abiyev bildirib.
Onun sözlərinə görə, adıçəkilən konqresmenlər Azərbaycanda bütün sahələrdə gedən inkişafı görməzdən gəlirlər:
"Məlum layihə Azərbaycana qarşı olan qərəzli münasibətin nəticəsidir. Və bu, onun ölkəmizə qarşı olan birinci qarayaxması deyil. Onlar gedib birinci öz ölkələrinə baxsınlar. İstəyirlər ki, Azərbaycan onların diktəsi ilə oturub - dursun. Ölkəmiz isə bunu etmir. Öz müstəqil daxili və xarici siyasətini yürüdür. Azərbaycan onların qarşısında baş əymir. Düzgün siyasətini aparır. Azərbaycanın müstəqil dövlət olmasını həzm edə bilmirlər. Azərbaycan dərin tarixi, mədəniyyəti, siyasəti olan ölkədir".
A.Abiyev onu da diqqətə çatdırıb ki, Azərbaycanda heç bir insan hüquq və azadlıqlarının pozulmasından söhbət belə gedə bilməz:
"Sizə deyim ki, Amerikada fəhlələri, qaraları, sadə insanları adam saymırlar. Özlərinin əməllərini başqalarının ayağına yazmağa çalışırlar. Dünyada baş verən ən acınacaqlı, dözülməz, qandonduran hadisələr məhz Amerikanın "əli" törədilir. Böyük qırğınlar törədərək adam öldürmək, qan tökmək məhz ABŞ-ın işidir. Baxın, bütün dünyadakı qırğınları törədən Amerikadır. Bəşər övladının taleyini, yaşamaq hüququnu düşünən ölkə , koqresmen heç vaxt qırğına rəvac verməz. Fikir verin, dünyada ilk dəfə olaraq insanları atom bombası ilə qıran Amerika olub. Naqasaki və Xirosimaya bombanı atıb insnaları məhzv edən Amerika olub, Azərbaycan yox. Tarix unudulmur. Gedib bir tarixlərinə baxsınlar, sonra gəlib Azərbaycana insan hüquq və azadlıqlarından nəysə danışsınlar. Amerikada erməni lobbisi çox güclüdür. K.Smit də erməniprəsət mövqeyi ilə tanınan konqresmendir. Dünyanı dağıdan məhz Amerikanın özüdür. Onların törətdiyi qırğınları dünyada heç bir ölkə törətməyib. Azərbaycanın 20 faizi işğal altındadır. 1 milyondan artıq insanımızın hüquq və azadlıqları vəhşicəsinə tapdanaraq öz doğma yurdlarındanm digərgin salınıblar. Ərazilərimizdə Xocalı, 20 yanvar kimi soyqırım, hadisələr törədiblər.
Bu, insan hüquq və azadlıqlarının tapdanılması deyilmi ? Niyə bir dəfə də olsun Ermənistan və onun havadarlarından bunun hesabı sorulmur ? Soydaşlarımız Dilqəm Əsgərovla Şahbaz Quliyev öz dədə - baba yurdlarından erməni separatçıları tərəfindən girov götürülüblər. Orada ağır işgəncələrə məruz qalırlar. Həmin konqresmenlər niyə bircə dəfə də olsun bundan danışmır ? Onların haqqı- hüququ yoxdurmu? Onların ikili standartlardan çıxış etməsi və ölkəmizə qarşı qərəzi açıq-aydın görünür. Bir sözlə, bütün baş verənlər Azərbaycanın müstəqil daxili, xarici siyasətinə qarşı bir qərəzdir, gözügötürməzlikdir. Bunun başqa adı yoxdur".
Qeyd edək ki, ABŞ konqresmenləri Kristofer Smit və Cim Makqovern Azərbaycanda insan hüquqlarına hörmət edilməsini və qanunun aliliyinin təşviqini nəzərdə tutan qətnamə layihəsi irəli sürüblər. Məlumatına görə, Nümayəndələr Palatasının beynəlxalq insan hüquqları panelinə sədrlik edən Smit deyib ki, Azərbaycan hakimiyyəti işgəncələr, siyasi motivli cinayət işləri, təcavüz, beynəlxalq adam qaçırma və digər növ təhdidlər vasitəsilə insan hüquqları müdafiəçilərini, müstəqil jurnalistləri və dini liderləri susdurmaq cəhdlərinə davam edir: "Bizim ölkələr arasında əhəmiyyətli təhlükəsizlik və iqtisadi əlaqələrin mövcudluğu aydın olsa da, bu cür pozuntulara göz yumulmamalıdır”.
Lahiyənin tam mətnini bu linkdən oxuya bilərsiniz.
Ayyət ƏHMƏD
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya