Kuarejma qayıdır

Menecerlər də oyunçunun «Beşiktaş»a gəlməyə hazır olduğunu bildirir



3 il əvvəl «Beşiktaş»dan hadisə yaradaraq ayrılan Kuarejma «Porto»dan ayrıla bilməsinin ardından adı «Beşiktaş»la yenidən hallanmağa başladı.
Prezident Fikrət Ormanın Londonda Portuqaliyalı ulduz ilə görüşdüyü iddiasının gündəmə gəlməsi ilə birlikdə «Beşiktaş»lı tərəfdarlar sanki kampaniya başladaraq oyunçunun gəlməsi istiqamətində mövqey bildirdilər.
Ancaq Fikrət Orman bu söz-söhbəti yalanlarkən Kuarejmanın menecerləri isə boşa qalan oyunçunun «Beşiktaş»a gəlməyə hazır olduğunu və yeni müqavilə üçün hər hansı bir çətinlik çıxartmayacağı məlumatını paylaşmaqdan çəkinmədi.
Kuaresmanın «Beşiktaş»a gəlib, gəlməyəcəyi mövzusu geniş əks-səda yaradarkən ulduz futbolçu ilə əlaqədar önümüzdəki günlərdə sürpriz inkişafların ola biləcəyi ifadə edildi.