Küçənin ortasında təcavüz etmək istədi

Silahla çəkdirdiyi şəkili ortalığı qarışdırdı
Muğlada dünən saat 13.00 radələrində, şəhərin mərkəzi qəsəbəsi Menteşedə hadisə baş verib. Eskişehir Anadolu Universitetinin tələbəsi 20 yaşlı N. O., yaşadığı evdən alver etmək üçün çölə çıxıb.
Gənc qız bir müddət yolda getdikdən sonra küçədə önünü M. A. kəsib. İşsiz və müxtəlif cinayətlərdə məhkum olan M. A., ətrafdakılara diqqət etmədən N.O.ı qolundan tutaraq park olunan avtomobillərin arxasına aparıb. M.A.ın, iddiaya görə, ona təcavüz etməsi zamanı N. O., "qurtarın məni” deyərək qışqırmağa başlayıb. Hadisə yerinə qaçan vətəndaşlar, M.A.ı tutub. Hadisə yerinə gələn polis, M.A.ı nəzarət götürüb. Şöbəyə aparılan zaman hadisə yerinə yığışan hirsli bir qrup, M.A.ı linç etmək istədi. Çətinliklə polis avtomobilinə mindirilərək Polis Mərkəzinə aparılan M.A.ın ifadəsində, "Dost olmaq üçün yanına getdim. Məndən qorxub bir anda qışqırmağa başladı. Kimsəyə təcavüz etmədim” dediyi öyrənildi. Digər yandan Facebookda belində silah ilə çəkdirdiyi fotoşəkili qoyan M.A.ın "Qəşəngim, nə söyləyəcəyimi bilmirəm? Mən sənə sahiblənmək istəyirəm, elə sevirəm. Sən mənim başımın tacısan, amma sənin xəbərin yox ki. Öpürəm səni. Boş danışmağı sevmirəm. Toxunmaq istəyirəm sənə " yazdığı ortaya çıxdı. Aydoğdunun ayrıca şərhlərinə, "Hz. Mehdi mənəm” yazması da diqqət çəkdi.