
Kürdüstana dəstək verən daha bir məmura deputatdan sərt şillə: "Ermənistanın xeyrinə iş görür ! "
10:07 28.09.2017
Arxiv
2661
Tahir Kərimli: "Bunların içərisində xarici qüvvələrə çalışanlar var. Bu təbliğat Azərbaycana ziyandır və vaxtında qarşısı alınmalıdır”
"Azərbaycan istəsə belə, Kürdüstanda keçirilən referenduma dəstək verə bilməz”.
Bunu "Sherg.az”a daha bir məmurun Kürdüstanda keçirilən referendumu dəstəkləməsinə münasibət bildirərkən millət vəkili Tahir Kərimli deyib.
O bildirib ki, Kürdüstana dəstək verənlər separatizmə, qondarma Dağlıq Qarabağa haqq qazandırmış olur:
"Bundan başqa müxtəlif ölkələrdə milyonlarla kürdlər yaşayır. Onların separatizminə dəstək vermək çox ölkənin ərazi bütövlüyünü təhdid altına alır. Xüsusilə, Azərbaycan da çoxmillətli xalqdır və burada separatçılığa gətirib çıxara biləcək təbliğatlar suverenliyimizə zərbədir.
Dövlət strukturunda çalışan, dövlətin mənafeyinə xidmət edən şəxslər anlamalıdır ki, Azərbaycan dövlətinin siyasətinə qarşı gedə bilməz. Kimsə Azərbaycana qarşı təbliğat aparırsa, nə üçün Azərbaycan vətəndaşlığını daşıyır?
Məmur insandır, ola bilər ki, kürdlərin hüququnu müdafiə etsin. Amma bunun heyfini Azərbaycan dövlətindən almaq istəyirsə, onda hüquqi məsuliyyət daşıyır və cavab verməlidir. Dövlət orqanlarında çalışan istənilən şəxs Azərbaycanın dövlət suverenliyini qəbul etmiş, bunun müdafiəsi altında olan bütün vətəndaşlara, vətəndaşlığı olmayanlara – hamıya aiddir. Azərbaycan dövlət siyasəti odur ki, Kürdüstanda keçirilən referendumu tanımır”.
Ölkə daxilində Kürdüstan referendumuna dəstək verən hər iki məmurun işğal olunmuş rayonumuzun sakini olduğunu diqqətə çatdıran deputat deyib ki, həmin şəxslər dövlətimizin müdafiəsi üçün çalışmır:
"Ən qorxulusu odur ki, bütün dünyada Azərbaycanı sevməyən xristian təəssübkeşliyinə xidmət edən beynəlxalq təşkilatların "ağzına saqqız verirlər”. Sabah onlar süni şəkildə məsələ qaldıracaqlar ki, guya Azərbaycanda insan haqları pozulur, mövqeyinə görə başqa millətdən olan vətəndaş incidildi. Amma həmin şəxslər qanuni şəkildə cavab verməlidir.
Həmin bölgədən – Laçın, Qubadlı zonasından olan kürd qardaşlarımız Qarabağ hadisələrində ciddi şəkildə torpaqlarımızın müdafiəsi uğrunda mübarizə aparırdılar. Bəs bu məmurlara nə olub? Görünür, bunların içərisində xarici qüvvələrə çalışanlar var. MDB kürdləri də bəyan etdi ki, əksəriyyət referendumun tərəfdarıdır. Bütün referenduma dəstək verən şəxslərin bir-biri ilə əlaqələri var. Bu şəbəkə isə Ermənistanın xeyrinə olan iş görür. Bu təbliğat Azərbaycana ziyandır və vaxtında qarşısı alınmalıdır”.
Qeyd edək ki, Laçın rayon sakini, "Azəravtoyol” İstehsalar Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalıoğlunun Kürdüstanda referendum keçirilməsini təbliğ etməsi bağlı məlumat yayılıb. O da İraqda keçirilən referendumu dəstəkləyib və Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Laçın rayonu İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev də özünün feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirmişdi. Həmin məmurla bağlı müvafiq tədbirlər həyata keçirilib.

Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya