Kürdüstana təzyiqlər başladı: Ərbilə və Ərbildən beynəlxalq uçuşlar dayandırıldı !





Iraq Kürdüstanına qarşı təzyiqlər güclənib. 

"Sherg.az" "L'Agence France Presse"ə istinadən xəbər verir ki, Kürdüstanın paytaxtı Ərbilə olan və Ərbildən digər bölgələrə olan ucuşlar dayandırılacaq. 

Artıq bu barədə sentyabrın 28-də Bağdad mərkəzi hökuməti tərəfindən qərar qəbul olunub.   

Qeyd edək ki, bu qərar İraq Kürdüstanın müstəqilliyinə dair referendumun baş tutmasından sonra gerçəkləşdi. 

Məlumat üçün bildirək ki, 92,73 faiz referenduma "hə" deyib. Bu məsələ isə Bağdad hökumətini qıcıqlandırıb. Və İraqın baş naziri Haydar Al Abadi deputatların qarşısında çıxışı zamanı referendum nəticələrinin ləğvini tələb edib.  

Ayyət ƏHMƏD