Lerikdə 4 bala yaxın zəlzələ olub





Respublika Seysmoloji Xidmət Mərkəzindən "Sherg.az"a verilən məlumata görə, ilkin məlumatlara əsasən yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bala yaxın, ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 19 km olub.