Lisey və gimnaziyaların I sinfinə şagird qəbulunda yeniliklər nəzərdə tutulur
14:47 11.04.2014
Arxiv
699
Təhsil Nazirliyi bu il Azərbaycanda şagirdlərin I sinfə qəbul qaydalarında ediləcək dəyişiklərə aydınlıq gətirib
Bakı şəhərində lisey və gimnaziyalara şagird qəbulu prosesinin optimallaşdırılması nəzərdə tutulur. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, dəyişikliyə əsasən lisey və gimnaziyalarda xüsusi qrafikin tərtib olunması planlaşdırılır. O bildirib ki, I sinfə uşaq qəbul edəcək lisey və gimnaziyalarda bu işi nizamlamaq, tənzimləmək, qəbul prosesində aşkarlığı və obyektivliyi təmin etmək üçün nazirliyin nümayəndələri seçim prosesində iştirak edəcək: "Müəyyən lisey və gimnaziyalara şagird qəbulu müəyyən müsabiqə və ya müsahibə əsasında aparılır. Mövcud qaydalar bu il də qüvvədədir və liseylər, gimnaziyalar həmin qaydalar əsasında şagirdləri seçəcəklər”.
Təhsil Nazirliyi bu il Azərbaycanda şagirdlərin I sinfə qəbul qaydalarında ediləcək dəyişiklərlə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib. A. Əhmədov qeyd edib ki, cari il istər vaxtından əvvəl I sinfə qəbulda, istərsə də I siniflərə kütləvi qəbulda hansısa dəyişiklik yoxdur. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi "Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nə əsasən hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar I sinfə qəbul olunur. "Təhsil haqqında” qanunda, eyni zamanda həmin nizamnaməyə əsasən xüsusi istedadı ilə fərqlənən, lakin məktəb yaşı qeyd olunan müddətədək tamam olmayan uşaqlar da xüsusi formada I sinfə qəbul oluna bilər: "6 yaşı müəyyən olunmuş vaxta qədər tamam olmayan istedadlı uşaqların I sinfə qəbulu haqqında təhsil nazirinin əmri ilə təsdiqlənmiş qaydalar var. Sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olacaq və özlərinin təfəkkür tərzi ilə fərqlənən istedadlı uşaqlar yalnız müvafiq komissiyadan keçdikdən sonra onların I sinfə qəbuluna ya icazə verilir, ya da icazə verilmir. Qaydalara görə, təhsil şöbələrinin nəzdində yaradılan komissiyalar vasitəsilə onlar yoxlanılır və müvafiq qərar qəbul olunur. Ötən il Bakı şəhərində 5 belə xüsusi komissiya yaradılmışdı və uşaqlar müəyyən olunan qrafik əsasında gələrək öz bacarıqlarını nümayiş etdirirdi. Bunun nəticəsində onlara qəbul olunmaları haqqında sertifikat verilir. Qəbul olunmayanlara isə bunun səbəbləri izah olunur”.
Altı yaşının tamam olmasına bir neçə gün qalan uşaqlara xüsusi güzəştlərin verilməsinə gəlincə, Aydın Əhmədov deyib ki, 1-2 gün fərq olan uşaqlar üçün hansısa güzəştlər nəzərdə tutulsa, digər valideynlərdə narazılıq yarana bilər. Şöbə müdiri bildirib ki, qanun müəyyən məhdudiyyət qoyur və onun pozulmasına yol verilmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət