Liviyada döyüşlər davam edir: 147 ölü, 614 yaralı




Liviyada hərbi fəaliyyətlərin gedişində ən azı 147 nəfər ölüb, 614 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı Tripolidəki xəstəxanalara yardım üçün cərrahlardan ibarət komanda göndərib.

Liviyada ikihakimiyyətlilik davam edir. Aprelin 4-də Liviya ordusunun komandanı feldmarşal Xəlifə Haftar Tripoliyə hücum keçdiyini bəyan edib. Baş nazir Faiz Sarac nəzarətində olan bütün qoşun bölmələrinə müdafiəyə hazır olmaq əmri verib.

Hazırda döyüşlər davam edir.