Luceskuya böyük şok...

Təcrübəli baş məşqçi Ukraynada 50 milyon dollar zərərə düşüb



Mirca Lucesku tam mənasıyla fəlakətin sahilinə gəldi. "Qalatasaray” və "Beşiktaş”ı çalışdırdıqdan sonra Ukraynanın "Şaxtyor” Donetsk komandasının başına keçən və 11 ildir buradan ayrılmayan təcrübəli baş məşqçi bütün sərvətini itirmək üzrədir.

Rumun mətbuatında "50 milyon dollar necə itirilər?” başlığıyla yer alan məlumata görə, problem yalnız komandadan ayrılıb, ayrılmamağı 50 milyon dollarlıq sərmayəsini buraxıb gedə bilməməsi deyil. Ukraynada 50 milyon dollarlıq sərmayə qoyan Rumun məşqçinin bu sərmayələrinin boşa çıxmasıdır.

Buna görə Mirca Luceskunun 11 ildə əldə etdiyi sərmayələr az qala tamamilə dəyərsizləşdi. Təcrübəli baş məşqçinin pulunu yatırtdığı torpaqlar və obyektlər döyüş səbəbiylə dəyərini itirdi. Lucenin 50 milyon dollarlıq bir varlığı itirmək üzrə olduğu ifadə edilir. "Şaxtyor”un sahibi Rinat Ahmetovun, bu problemləri həll edəcəyi ehtimalı ilə Luceskuya yeni bir müqavilə təklif edə biləcəyinə diqqət çəkilir.