Maaş azlığına görə istedadlı kadrlar AMEA-dan gedirlər




Millət vəkili Gövhər Baxşəliyeva Milli Məclisdə büdcə müzakirələri zamanı alimlərin problemindən danışıb. 

Sherg.az-ın məlumatına görə, xanım deputat deyib ki, əgər Azərbaycanda elm adamlarının nüfuzunun qorunub-saxlanmasını istəyirksə, o zaman bu sahəyə lazımi vəsait ayrılmalıdır. 

Onun sözlərinə görə, 2017-ci ildə elm sahəsinə 118, 5 milyon manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da ümüumi büdcənin 0,7 faizi deməkdir: 

"Düzdür indidki maliyyə böhranı vəziyyətində bu vəsaiti qənatəbəxş hesab etmək olar. Ancaq "2020: Gələcəyə baxış” Proqramında Azərbaycan elminin inkişafı iqtiqamətləri müəyyənləşdirilib. Xüsusən də elm adamları və elmi-texniki potensialın nüfuzunun artırılması əsas istiqamətlərdəndir. Açıq deməliyik ki, AMEA-da bu məsələ ilə bağlı ciddi problemlər var. Bu da AMEA-da çalışanların maaşlarının az olması ilə bağlıdır. Maaşların aşağı olmasına görə, gənc və orta yaşlı bacarıqlı, istedalı mütəxəssislər AMEA-dan çıxıb gedir, başqa sahələrə üz tuturlar. Biz bu kadrların getməsini istəməzdik. Çünki bir kadrın yetişdirilməsi uzun zaman alır və böyük xərclər hesabına olur. Hesab edirəm ki, istedadlı kadrların itirilməməsi üçün bu məsləyə ciddi diqqət yetirilməlidir". Millət vəkili eyni zaman, elmi dərəcəyə görə verilən müavinətlərin vergidən azad olunmasını təklif edib: " Bu gün fəlsəfə doktorları 60 manat, elmlər doktorları isə 100 manat əlavə pul alır və bu vəsait ümumi maaşla birgə verilir. Bundan sonra vergi ümumi maaşdan tutuluduğundan bu da maaşa ciddi təsir edir. Hökumətə təklif edirəm ki, elmi dərəcəyə görə verilən müavinətdən vergi tutulmasın və onlar vergidən azad olunsun”.

Anar