Maaşlar qalxacaq: “Minimum əməkhaqqının artırılması əhalinin sosial təminatı baxımından çox vacibdir”
17:35 08.02.2019
Arxiv
678
"Prezidentin sərəncamını yüksək qiymətləndirirəm. Yaşayış minimunun 180 manata çatdırılması, təqdirəlaiqdir. Ümumiyyətlə, yaşayış minimumu ilə minimum əməkhaqqı arasında həmişə fərq olub. Bu beynəlxalq standartdır. Bu fərqin aradan qaldırılması ilə dövlət və özəl sektorda çalışanların əməkhaqları müvafiq olaraq artacaq”.
Bu sözləri Sherg.az-a iqtisadçı-ekspert Vüqar Bayramov Prezident İlham Əliyevin yaşayış minimumu ilə bağlı sərəncamını şərh edərkən deyib.
O qeyd edib ki, sərəncam əhalinin bütün qruplarının maliyyəsinə müsbət təsir göstərəcək:
"Minimum əməkhaqqının artırılması əhalinin sosial təminatı baxımından çox vacibdir. Qarşıya qoyulan məqsədlərdən biri də yaşayış minimumunun mərhələli şəkildə artırılmasıdır. Eyni zamanda, yaşayış minimumunun Avropa Şurasının tətbiq etdiyi standartlar səviyyəsinə çatdırılmasıdır. Minimum əməkhaqqı və yaşayış minimumu arasında əlaqənin formalaşması Avropa Şurasına üzv olan ölkələr üçün bir standart olaraq qəbul olunub. Yaşayış minimumunun artırılması vətəndaşların sosial müdafiəsi baxımından vacibdir. Bu həmçinin növbəti illərdə əmək standartının tətbiq olunmasına şərait yaradacaq. Bu baxımdan sonuncu sərəncam müsbət nəticələrə gətirib çıxaracaq”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırmaq; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
"Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.
Xatırladaq ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 130 manat təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi