Magistraturada 3 kvalifikasiya dərəcəsi müəyyənləşir
12:15 20.04.2021
Arxiv
464
Ali təhsilin üçüncü səviyyəsini təşkil edən magistratura təhsili Avropa Kredit Transferi və Toplanması Sisteminin tələbləri əsasında formalaşır, minimum 2 il müddəti əhatə etməklə 60-120 kreditlik təhsil proqramlarından ibarətdir.
APA-nın məlumatına görə, bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Layihədə qeyd edilir ki, təhsil proqramının yönümündən və sahəsindən asılı olaraq magistr kvalifikasiyasının aşağıdakı formaları müəyyən edilir:
- müvafiq humanitar və sosial elmlər ixtisas sahəsi üzrə magistr kvalifikasiyası (MA);
- müvafiq təbiət və texniki elmlər ixtisas sahəsi üzrə magistr kvalifikasiyası (MSc);
- müvafiq idarəetmə ixtisas sahəsi üzrə magistr kvalifikasiyası (MBA).
Biznesin idarə edilməsi üzrə magistr kvalifikasiyası üzrə yalnız əmək bazarına daxil olmaq üçün təlim nəticələrinin mənimsənilməsini nəzərdə tutan təhsil proqramları 60 kredit olmaqla 1 akademik il, bir istehsalat təcrübəsi və müdafiə semestrindən ibarətdir. Başqa sözlə, ali təhsilin üçüncü səviyyəsi üzrə təhsil proqramı peşə təhsili yönümlü olduqda təhsil magistr dissertasiyasının hazırlanması və müdafiəsi tələb edilmir və AzKMÇ-nin səviyyə 8-in proqramlarına (doktorantura) keçidi təmin etmir.
Ali təhsilin üçüncü səviyyəsi üzrə təhsil proqramı akademik təhsil yönümlü olduqda təhsil müddəti 2 ildir, magistr dissertasiyasının müdafiəsi ilə tamamlanır və Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin (AzMKÇ) 8-ci səviyyəsinin proqramlarına (doktorantura) keçidi təmin edir. Başqa sözlə, magistratura səviyyəsi üzrə kvalifikasiyanın magistr dissertasiyasının (müvafiq tədqiqat (layihə) müdafiəsi ilə qazanılması (120 kredit) doktorantura səviyyəsi üzrə təhsilin davam etdirilməsinə hüquq verir.
Tibb təhsili üzrə əsas təhsil proqramlarının təhsil müddəti 5-6 il, rezidenturada isə 2-6 ildir. Bu müddət ayrı-ayrı ixtisasların (ixtisaslaşmaların) təhsil proqramları ilə müəyyən edilir.
Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir.
Layihədə bildirilir ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrində magistratura təhsili ödənişli əsasda və dövlət sifarişi əsasında həyata keçirilə bilər. Ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir. Magistratura səviyyəsini bitirən bütün şəxslərə “magistr” ali elmi-ixtisas dərəcəsi verilir. Magistratura səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada arayış verilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou