"Makron qondarma erməni “soyqırımı”nın yox, “sarı jiletlilər”in dərdini çəksin"
13:49 08.02.2019
Arxiv
739
"Fransa prezidenti Emmanuel Makronun ermənipərəst mövqeyi hamıya bəllidir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat bildirib ki, Makronun Ermənistana son səfəri zamanı sərgilədiyi davranışı, düşmən ölkədə cinsi azlıq nümayəndələri ilə səmimi görüşü və səsləndirdiyi fikirlər onun qeyri-ciddi siyasətçi olduğunu göstərir:
"Yaxşı olar ki, Makron qondarma erməni "soyqırımı”nı Fransanın hər yerində qeyd etmək əvəzinə ölkəsini bürüyən "sarı jiletlilər” etiraz aksiyasının dərdini çəksin, onların problemlərini həll etsin. Fransa bu gün çox ciddi böhran və sarsıntılar yaşamaqdadır. Makron hər il qondarma erməni "soyqırımı”nı qeyd edəcəyini bəyan edir.
Fransa prezidentinin özünün gələn il hakimiyyətdə qalıb-qalmayacağı şübhə altındadır. Ancaq yüz il əvvəl əslində baş verməmiş uydurma bir hadisəyə münasibət bildirir. Əgər o, həqiqətən də obyektiv siyasətçidirsə, o zaman fransız tarixçilərin də tərkibində olduğu bir komissiya yaratsın və bütün arxivlər açılsın. O zaman məlum olar ki, türklər ermənilərə qarşı, yoxsa, əksinə ermənilər türklərə qarşı "soyqırım” siyasəti həyata keçiriblər”.
Parlamentarinin sözlərinə görə, Makron yaxşı bilir ki, onun hakimiyyəti laxlayıb və sosial dayaqları çöküb:
"O, bir siyasətçi olaraq perspektiv vəd etmir. Bu baxımdan Fransadakı erməni lobbisinin gücündən istifadə edərək laxlamış səltənətini bərpa etməyə çalışır. Xatırlayırsızsa, ondan qabaqkı prezidentlər də şəxsi maraqları naminə erməni soyqırımı ilə bağlı uzağa gedən addımlar atmaq istəyiblər. Makronun da populist bəyanatı ilk növbədə ölkəsində güclü erməni mafioz qruplaşmaların dəstəyini almağa yönəlib. Ancaq bunların heç bir nəticəsi olmayacaq. Türkiyənin də məsələ ilə bağlı qətiyyətli mövqeyi ortadadır. Hesab edirəm ki, tarixdə Makronlar qalmayacaq, qalan Türkiyə ilə Fransanın strateji münasibətləri olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm