Makron telefonda Putindən nəyi tələb edib ?





Bu gün Fransa prezidenti Emanüel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. 

"Sherg.az" "Le figaro.fr"ə istindən xəbər verir ki, danışıq zamanı Suriyanın şimali Quta vilayətindəki qanlı toqquşmalar ətrafında müzakirələr aparılıb. 

E.Makron V.Putindən sözügedən qarşıdurma ilə bağlı konkret və real adddımlar atmağı tələb edib. 

O qeyd edib ki, şimali Qutakı qanlı toqquşmalar dayandırılmasa, Dəməşqin şərqinə beynəlxalq yardım konvoyu göndərilcək. İki həftədir ki, 400 min mülki vətəndaşın yaşadığı şimali Qutaya Suriya ordusu və onun müttəfiqləri aramsız hücumlar həyata keçirir. Nəticədə isə çoxsaylı mülki sakinlər qətlə yetirilir.  


Tərcümə etdi: Ayyət Əhməd