
“Manat öz real qiymətinə çatmalıdır”
19:25 10.03.2016
Arxiv
998
Oqtay Haqverdiyev: “Bazar iqtisadiyyatı bunu tələb edir”

Dolların məzənnəsi 1,63 ötüb. Mərkəzi Bankdan (MB) verilən məlumata görə, 10.03.2016-cı il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,6315 səviyyəsində müəyyən olunub. Ona görə də, dolların bahalaşması fonunda bu valyutanın mart ayının sonuna qədər 2 manat olacağına dair proqnozlar verilir.
Tanınmış iqtisadçı Oqtay Haqverdiyev də "Şərq”ə açıqlamasında dolların qalxmasını təbii proses adlandırıb: "Dəfələrlə demişəm ki, manatın real qiyməti tamam başqadır. İndiyə qədər MB bu rəqəmləri tənzimləyirdi. 1 dollar bizim 78 qəpiyə bərabər idi. Neçə illərdi belə idi. Buna da Azərbaycan külli miqdarda pul xərcləyirdi. Onda neftin də qiyməti baha idi. Manatın real qiymətini yada salmırdılar. Lakin son iki devalvasiyadan və MB-nin manatı buraxmasından sonra valyutamız öz real qiymətinə gəlib çatmalıdır. Bu da uzun sürən prosesdir və bir-iki günün işi deyil. 2 il öncə demişəm ki, manatın dollarla müqayisədə real qiyməti 3-5 manat arasındadır. Yəni 1 dollar 3-5 manata bərabər olmalıdır. İndi bura gəlib çatmaq üçün müddət lazımdır. Bir-iki ilə manat öz yerini tutmalıdır. Baxın, sizə bir misal deyim. Səudiyyə Ərəbistanının valyutası olan real illərdir ki, dollardan ucuzdur. 1 dollar 1,8 reala bərabərdir. Bizdə isə 1 dollar 78 qəpiyə bərabər idi. Fikir verin, Səudiyyə Ərəbistanının iqtisadiyyatı bizdən dəfələrlə çox inkişaf edib. Onlar da bunu edə bilərdilər də. Amma etmədilər”.
Ekspertin sözlərinə görə, valyuta bazarda tələb və təklif prinsipi əsasında formalaşır: "Bazar iqtisadiyyatı bunu tələb edir. Ola bilər ki, arada dollar aşağı düşsün. Sonra yenidən qalxsın. MB manatı buraxıbsa, manat yavaş-yavaş öz qiymətinə gəlib çatacaq”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol