Maqadanda iki azərbaycanlı ölüb




Rusiya Federasiyası Maqadan vilayətinin Susumanskiy rayonunda yaşayan azərbaycanlı ailənin iki üzvü dəm qazından boğularaq ölüblər.

"Report”un Rusiya bürosunun əldə etdiyi məlumata görə, 1970-ci il təvəllüdlü Aslanova Mayisə Ağamirzə qızı və nəvəsi 2010-cü il təvəllüdlü Aslanov Ruslan Boran oğlu yaşadıqları evdə ölü tapılıblar.

Qonşuları tərəfindən aşkar edilən nənə və nəvənin evdə sobadan sızan dəm qazından boğularaq öldükləri aşkar edilib.